Pərakəndə Biznes / Marja Ticarəti / Şöbə Müdiri
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 26 fevral 2026
Son Tarix: 25 mart 2026
Təsvir
PAŞA Kapital yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.
Marja Ticarəti üzrə Şöbə Müdiri investisiya şirkətinin fiziki şəxslər üçün təqdim etdiyi marja ticarəti məhsul və xidmətlərinin inkişafı, satışı və müştəri dəstəyinin effektiv idarə edilməsinə cavabdehdir. Vəzifə pərakəndə satış strategiyasının formalaşdırılması, müştəri bazasının genişləndirilməsi, komandanın idarə olunması və risk, komplayens tələblərinə uyğun fəaliyyətin təmin edilməsini əhatə edir.
Vəzifə öhdəlikləri:
Marja ticarəti üzrə biznes strategiyasının hazırlanması və icrası
Pərakəndə müştəri bazasının genişləndirilməsi və böyümə imkanlarının müəyyən edilməsi
Komandaya rəhbərlik, mentorluq və motivasiyanın təmin edilməsi
Fiziki şəxs müştərilərin cəlb edilməsi üzrə satış prosesinə və konversiya göstəricilərinə nəzarət
Marja ticarəti məhsullarının inkişafı və tətbiqi üçün məhsul komandası ilə əməkdaşlıq
Bazar trendlərinin və rəqib mühitinin təhlili
Müştəri məmnuniyyətinin artırılması, sorğu və şikayətlərin operativ həlli
Risklərin idarə edilməsi, ƏL/TMM (AML/CFT) tələblərinə və daxili prosedurlara əməl olunmasının təmin edilməsi
Audit, komplayens və daxili nəzarət tələblərinə uyğun fəaliyyət
Tələblər
Ali təhsil (Biznesin təşkili, idarəetmə və ya oxşar sahələr üzrə təhsil arzuolunandır)
Maliyyə, investisiya və ya bankçılıq sahəsində minimum 5 il iş təcrübəsi
İngilis və rus dillərində işgüzar səviyyədə bilik
MS Excel, MS Word və PowerPoint proqramları ilə işləmə bacarığı
Komanda ilə effektiv işləmə və düzgün idarəetmə bacarığı
Müasir bazar trendləri və sektor yenilikləri barədə məlumatlılıq
Güclü analitik düşünmə və problemləri həll etmə bacarığı
Hədəfyönümlü, təşəbbüskar və nəticəyə fokuslanan yanaşma
Güclü kommunikasiya bacarıqları
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
PASHA Capital
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9854
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer