Şirkətlərə Qayıt
PASHA Capital

PASHA Capital

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

PASHA Capital

Pərakəndə Biznes / Marja Ticarəti / Şöbə Müdiri

PASHA Capital

Tam Ştat
Menecer

PAŞA Kapital yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir. Marja Ticarəti üzrə Şöbə Müdiri investisiya şirkətinin fiziki şəxslər üçün təqdim etdiyi marja ticarəti məhsul və xidmətlərinin inkişafı, satışı və müştəri dəstəyinin effektiv idarə edilməsinə cavabdehdir. Vəzifə pərakəndə satış strategiyasının formalaşdırılması, müştəri bazasının genişləndirilməsi, komandanın idarə olunması və risk, komplayens tələblərinə uyğun fəaliyyətin təmin edilməsini əhatə edir. Vəzifə öhdəlikləri: Marja ticarəti üzrə biznes strategiyasının hazırlanması və icrası Pərakəndə müştəri bazasının genişləndirilməsi və böyümə imkanlarının müəyyən edilməsi Komandaya rəhbərlik, mentorluq və motivasiyanın təmin edilməsi Fiziki şəxs müştərilərin cəlb edilməsi üzrə satış prosesinə və konversiya göstəricilərinə nəzarət Marja ticarəti məhsullarının inkişafı və tətbiqi üçün məhsul komandası ilə əməkdaşlıq Bazar trendlərinin və rəqib mühitinin təhlili Müştəri məmnuniyyətinin artırılması, sorğu və şikayətlərin operativ həlli Risklərin idarə edilməsi, ƏL/TMM (AML/CFT) tələblərinə və daxili prosedurlara əməl olunmasının təmin edilməsi Audit, komplayens və daxili nəzarət tələblərinə uyğun fəaliyyət

PASHA Capital

Risklərin İdarə Edilməsi Şöbəsi / Təşkilati Risklərin İdarə Edilməsi İstiqaməti / Mütəxəssis / Kiçik Mütəxəssis

PASHA Capital

Tam Ştat
Orta Səviyyə

Risklərin İdarə Edilməsi Şöbəsi / Təşkilati Risklərin İdarə Edilməsi İstiqaməti / Mütəxəssis / Kiçik Mütəxəssis PAŞA Kapital yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir. Risklərin idarə edilməsi Şöbəsinin Təşkilati Risklərin İdarə edilməsi İstiqamətinin Kiçik mütəxəssisi/Mütəxəssisi şirkətin fəaliyyətində təşkilati risklərin müəyyən edilməsi və qiymətləndirilməsində iştirak edir, aşkarlanan risklərin azaldılması üçün təkliflər hazırlayır və risklərin monitorinqini həyata keçirir, həmçinin daxili qaydalara uyğun olaraq risk hesabatlarını tərtib edib rəhbərliyə təqdim olunmasına dəstək göstərir. Vəzifə öhdəlikləri: Starteji hədəflərə gedən yolda yarana biləcək risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsi, eləcə də qərarların qəbul edilməsində iştirak; Əməliyyat və təşkilati risklərin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak; Əməliyyat və təşkilati risklərin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi; Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi; Şirkətin struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi; Şirkətin riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi; Şirkətdə insident və risk reyestrinin davamlı olaraq təkmilləşdirilməsi , nəzarətin həyata keçirilməsi; Şirkətdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə struktur bölmələrdə maarifləndirmə işlərinin həyata keçirilməsi.