Ana Səhifə
Vakansiyalar
İnformasiya Texnologiyaları (İT)
Sistem idarəetməsi

Partnyor şəbəkəsinin inkişafı üzrə mütəxəssis (Şəmkir)

Partnyor şəbəkəsinin inkişafı üzrə mütəxəssis (Şəmkir)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 17 may 2026

Təsvir

Cash Finance MMC üçün yeni mağaza, xidmət və digər biznes partnyorlarının cəlb edilməsi, onların sistemə qoşulmasının koordinasiyası və davamlı satış göndərən aktiv partnyor şəbəkəsinin formalaşdırılması.

Bu vəzifənin əsas məqsədi yalnız yeni partnyor qoşmaq deyil, qoşulan partnyorların uzunmüddətli aktivliyini və stabil satış axınını təmin etməkdir.

Əsas vəzifələr

  • yeni potensial partnyorların axtarışı və bazar araşdırılması

  • mağaza və sahibkarlarla gündəlik sahə görüşlərinin keçirilməsi

  • Cash Finance faktorinq modelinin, üstünlüklərinin və proseslərinin təqdimatı

  • kommersiya şərtləri üzrə ilkin danışıqların aparılması

  • yeni partnyorların qoşulma prosesinin koordinasiyası

  • partnyor əməkdaşlarının ilkin təliminin təşkili

  • ilk test satışların başladılması və nəzarəti

  • partnyorların aktiv satış göndərən tərəfdaşa çevrilməsi

  • passivləşən partnyorların yenidən aktivləşdirilməsi

  • CRM/ERP sistemində ziyarət, görüş və aidlik qeydlərinin düzgün aparılması

  • həftəlik marşrut planı və nəticə hesabatlarının təqdim edilməsi

Tələblər

  • ali və ya orta ixtisas təhsili

  • B2B satış, partnyor idarəetməsi, bank, faktorinq, lizinq və ya fintech sahəsində minimum 1 il iş təcrübəsi

  • sahibkar və biznes nümayəndələri ilə peşəkar danışıqlar aparmaq bacarığı

  • təqdimat və inandırma qabiliyyəti

  • nəticəyönümlü və KPI əsaslı işləmək bacarığı

  • əsas maliyyə göstəricilərini, satış dövriyyəsini və kommersiya məntiqini anlama bacarığı

  • satış nəticələrini və bonus mexanizmini analiz etmək üçün analitik düşüncə qabiliyyəti

  • region üzrə aktiv sahə ziyarətlərinə hazır olmaq

  • şəxsi avtomobilin olması üstünlükdür

  • CRM və Excel ilə işləmək bacarığı üstünlükdür

  • yüksək kommunikasiya və münasibət qurma bacarığı

  • məsuliyyətlilik və hesabat intizamı

İş şəraiti

  • sahə əsaslı çevik iş rejimi

  • fix əmək haqqı + KPI və satış nəticələrinə bağlı bonus sistemi

  • şəxsi avtomobillə işgüzar səfərlər üçün yol kompensasiyası

  • peşəkar inkişaf və karyera artımı imkanı

  • region üzrə güclü partnyor şəbəkəsi qurmaq imkanı

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14424

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə