Partnyor şəbəkəsinin inkişafı üzrə mütəxəssis (Şəmkir)
Cash Finance MMC üçün yeni mağaza, xidmət və digər biznes partnyorlarının cəlb edilməsi, onların sistemə qoşulmasının koordinasiyası və davamlı satış göndərən aktiv partnyor şəbəkəsinin formalaşdırılması.
Bu vəzifənin əsas məqsədi yalnız yeni partnyor qoşmaq deyil, qoşulan partnyorların uzunmüddətli aktivliyini və stabil satış axınını təmin etməkdir.
Əsas vəzifələr
yeni potensial partnyorların axtarışı və bazar araşdırılması
mağaza və sahibkarlarla gündəlik sahə görüşlərinin keçirilməsi
Cash Finance faktorinq modelinin, üstünlüklərinin və proseslərinin təqdimatı
kommersiya şərtləri üzrə ilkin danışıqların aparılması
yeni partnyorların qoşulma prosesinin koordinasiyası
partnyor əməkdaşlarının ilkin təliminin təşkili
ilk test satışların başladılması və nəzarəti
partnyorların aktiv satış göndərən tərəfdaşa çevrilməsi
passivləşən partnyorların yenidən aktivləşdirilməsi
CRM/ERP sistemində ziyarət, görüş və aidlik qeydlərinin düzgün aparılması
həftəlik marşrut planı və nəticə hesabatlarının təqdim edilməsi