Onlayn satış üzrə məshələtçi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
Saytdan (kontakt.az) və daxili şöbələrdən daxil olan sifarişlərlə bağlı müştərilərlə telefon vasitəsilə əlaqə saxlanılması, müvafiq qaydalara əsasən satışın və müraciətin tamamlanması;
Nağd və avtokredit sifarişlərinin birbaşa satışının həyata keçirilməsi və müştərilərə düzgün xidmət göstərilməsi; Sistem üzrə satışların düzgün həyata keçirilməsi və icrasının dəqiq aparılması;
Sifariş və satış prosesi zamanı müştərinin tələbatının düzgün müəyyənləşdirilməsi və ona uyğun məhsul və xidmətin təklif edilməsi;
Müştəri məmnuniyyətinin təmin edilməsi və onlarla səmərəli, nəzakətli ünsiyyətin qurulması;
Rəhbərlik tərəfindən müəyyən edilmiş satış və müştəri məmnuniyyəti hədəflərinə çatması;
lkin hissəvi satış şərtləri, kampaniyalar və endirimlər haqqında müştərilərin düzgün məlumatlandırılması
Tələblər
Azərbaycan dilində sərbəst danışıq (Rus,İngilis dili üstünlükdür);
Məişət,rəqəmsal texnika,mebel məhsullarının satışında minimum 6 ay iş təcrübəsi;
Məhsul xüsusiyyətləri ilə bağlı məlumatlı olmaq;
Effektiv ünsiyyət və aktiv dinləmə bacarığı, müştəri ehtiyaclarını anlama və doğru məhsulu tövsiyə etmə qabiliyyəti;
Sürətli və dəqiq işləmək, çoxsaylı sifarişləri və müştəri sorğularını idarəetmə bacarığı;
Kompüter və ofis proqramları (MS Office, Google Sheets və s.) ilə işləmə bacarığı;
Komanda daxilində işləmək və satış hədəflərinə fokuslanmaq qabiliyyəti.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13302
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+