Rəqəmsal və məişət texnika quraşdırıcısı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 9 may 2026
Təsvir
Şirkət tərəfindən ayrılmış avtonəqliyyat vasitəsi ilə müştəri ünvanlarına gedərək məişət və rəqəmsal məhsullarının quraşdırılmasının və yoxlanılmasının təmin edilməsi;
İstifadəyə verilmiş nəqliyyat vasitəsinin mütəmadi olaraq baxışının keçirilməsi və problem olduğu halda aidiyyatı üzrə yönləndirilməsi
Görülmüş işlərin sənədlərinin gündəlik olaraq təhvil – təslim edilməsi.
Tələblər
Azı 1–2 il avtomobil idarəetmə təcrübəsi
İstifadəyə verilmiş avadanlıqların və məhsulların qalığına nəzarət edilməsi
Müvafiq sahədə təcrübə arzuolunandır
Sürücülük Vəsiqəsi – B kateqoriya
Azərbaycan dili – Səlis, Rus dili arzuolunan
Nizam intizamlıq,məsuliyyətlilik,işində dəqiqlik
Komanda ilə işləmə bacarığı
Müştəriyönümlülük
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13305
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+