Onlayn satış üzrə köməkçi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 24 iyun 2026

Təsvir

  • Online satış üçün nəzərdə tutulmuş məhsulların anbara qəbulu;

  • Qəbul olunan məhsulların yoxlanılması;

  • Məhsulların logistika əməkdaşları ilə təhvil-təsliminin həyata keçirilməsi;

  • Daxil olan sifarişlərin sistem üzərindən logistikaya yönləndirilməsi;

  • Satış komandasının məhsulla bağlı sorğularının vaxtında cavablandırılması;

  • Satışı icra edilmiş məhsulların seriya nömrələrinin sistemə mədaxil edilməsi;

  • Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icra edilməsi.

İş grafiki: Növbəli

Tələblər

  • Məhsul modellərini tanımaq və çeşidləri ayırd etmək bacarığı;

  • Azərbaycan dilində səlis oxuma və yazma bacarığı;

  • Ali təhsilin olması arzuolunandır;

  • Komandada işləmək bacarığı;

  • Aktiv, çevik, ünsiyyətcil, dəqiq və məsuliyyətli olmaq.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18050

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya