Satış Nümayəndəsi (Promoter)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 23 iyun 2026

Təsvir

  • Mağazada masa, stend kimi nümayiş sahəsinin qurulması və səliqəli saxlanması;

  • Mağazaya daxil olan müştərilərin tələbatının aşkarlanması və tələbata uyğun olaraq müştəriyə düzgün məhsul seçimi etməkdə köməkliyin göstərilməsi;

  • Qiymət kağızlarında qeyd olunan məlumatların doğruluğunun təmin edilməsi;

  • Satış və anbar qalığına nəzarət edilməsi;

  • Zəruri hallarda məhsul və ya xidmət barədə məlumatı paylaşmaq üçün videolar və slayd şouları kimi interaktiv materiallardan istifadə edilməsi;

  • Müştərilərin maraq səviyyələrini, verilən sualları, satılan və müxtəlif tədbirlərdə paylanan məhsulların sayını əks etdirən hesabatların hazırlanması;

  • Məhsul və ya xidmət xüsusiyyətlərindən xəbərdar olması.

Tələblər

  • Orta təhsil, Ali təhsil arzu olunandır;

  • Səlis Azərbaycan və Rus dili biliyi;

  • Promoter olaraq iş təcrübəsi;

  • Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;

  • Satış etmə bacarığı.

İş şəraiti:

  • İş günləri: 6 iş günü,1 gün istirahət.

  • Rəqabət qabiliyyətli əmək haqqı.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18057

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya