Ofisiant

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 13 fevral 2026

Son Tarix: 12 mart 2026

Təsvir

  • Servis səviyyəsində Azərbaycan, Rus və İngilis dili;

  • Micros-symphony programı bilmək üstünlükdür.

  • Xoş ünsiyyət bacarığı;

  • Gülərüz və mehriban olmaq;

  • Operativlik;

  • Tərcihən otelçilik sahəsində iş təcrübəsi;

  • Nizam-intizam;

  • Komanda ilə işləmək bacarığı;

  • Dəyişkən iş qrafik və 3 növbəli işrejiminə uyğunlaşa bilmək bacarığı;

  • Səliqəli görünüm;

  • Yeniliklərə açıq olmaq.

Vəzifə öhdəlikləri:

  • Mehmanananın SOP-si nəzərə alınmaqla qonaqlara xidmət göstərmək;

  • Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək;

  • Restoranın, yemək sahəsinin, funksional və ya iaşə obyektlərinin hazırlığını tamamlamaq və müəssisənin prosedurları çərçivəsində xidmət tələblərinə uyğun olaraq qonaqların rahatlığını və istirahətini təmin etmək üçün yemək mühitinə müvafiq dəyişikliklər etmək;

  • Qonaqlara menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək;

  • Menyu və xidmət tələblərinə uyğun olaraq ərzağı, spirtli içkiləri və digər inqrediyentləri seçmək;

  • Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək;

  • Qonaqların istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim etmək;

  • Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək;

  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.

İş şəraiti:

  • 3 növbəli iş rejimi  (həftədə 2 istirahət günü; 8 saatlıq iş rejimi ilə);

  • Axşam və gecə növbəsinə uyğun olaraq əmək haqqına əlavə;

  • Nahar və Nəqliyyat şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində);

  • Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu.

Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Ofisiant” qeyd etməklə göstərilən mail-ə göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8598

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə