Ofis meneceri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 yanvar 2026

Son Tarix: 8 fevral 2026

Təsvir

BERC Group MMC Ofis menecerivakansiyası üzrə işə qəbul elan edir.

İş barədə məlumat:

  • Ofisin gündəlik inzibati və təşkilati fəaliyyətinin tam şəkildə idarə olunması

  • Ofis daxili proseslərin koordinasiyası və şöbələrarası effektiv ünsiyyətin təmin edilməsi

  • Rəhbərlik üçün inzibati dəstəyin göstərilməsi, tapşırıqların icrası və icra vəziyyəti barədə mütəmadi məlumatlandırma

  • Daxil olan zənglərin, elektron məktubların və yazışmaların cavablandırılması, yönləndirilməsi və nəzarətdə saxlanılması

  • Müştərilərə və müraciət edən şəxslərə xidmətlər barədə dəqiq və dolğun məlumatların verilməsi, aidiyyəti şöbələrə yönləndirilməsi

  • Rəsmi məktubların, ərizələrin, hesabatların, müqavilələrin və digər sənədlərin hazırlanması, qeydiyyatı və düzgün arxivləşdirilməsi

  • Gündəlik kargüzarlıq işlərinin aparılması, tapşırıqların icrasına nəzarət və gündəlik hesabatların hazırlanması

  • Görüşlərin, iclasların planlaşdırılması, təşkili və koordinasiyası

  • Qonaqların qarşılanması, yönləndirilməsi və ofis daxilində işgüzar ünsiyyətin təşkili

  • Ofis ləvazimatlarının, texniki avadanlıqların və digər inzibati ehtiyacların vaxtında təmin edilməsi

  • Təchizatçılar, kuryer və servis xidmətləri ilə əməkdaşlıq və əlaqələrin idarə olunması

  • Şirkətin mebel və inventarının uçotu, qorunması və vaxtında təmirinə nəzarət edilməsi

  • Təmizlik işlərinin və ofis otaqlarının səliqəli saxlanmasının təşkili

  • Daxili qaydalar, standartlar, iş intizamı və ofis etikası qaydalarına riayət olunmasına nəzarət

  • Yeni əməkdaşların ofis daxili adaptasiya prosesinə dəstək göstərilməsi

  • Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqların vaxtında və keyfiyyətli icrası

Vəzifəyə dair bilik,bacarıqlar və tələblər:

  • Təhsil: Ali təhsil.

  • Təcrübə: Müvafiq sahədə minimum 1-2 illik iş təcrübəsi

Dil bilikləri:

  • Azərbaycan dilində səlis və aydın danışıq qabiliyyətinə malik olması;

  • Rus dili biliyi mütləqdir;

  • İngilis dili biliyi üstünlükdür.

Texniki səriştələr:

  • Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus və ingilis dilləri üzrə bilikləri  olması üstünlükdür )

  • MS Office proqramlarında (Word, Excel) yaxşı səviyyədə işləmə bacarığı

  • Elektron poçt və telefon vasitəsilə işgüzar ünsiyyət qaydalarına bələd olmaq

  • Sənədlərin hazırlanması, qeydiyyatı və saxlanılması üzrə baza biliklər

  • Gündəlik kargüzarlıq və ofis daxili işlərin icrasında operativlik

  • Görüş və iclasların planlaşdırılmasında ilkin dəstək göstərmək bacarığı

  • Ofis texnikasından (printer, skaner və s.) istifadə bacarığı

  • Təchizatçı və servis xidmətləri ilə ilkin əlaqələrin qurulması

Davranış səriştələri:

  • İşgüzar etikaya və korporativ davranış qaydalarına riayət

  • Yüksək ünsiyyət və dinləmə bacarığı

  • Məsuliyyətli və öyrənməyə açıq yanaşma

  • Vaxtın düzgün idarə olunması və tapşırıqlara əməl etmə

  • Komandada işləmək və rəhbərliyin göstərişlərinə uyğun fəaliyyət

  • Stressli vəziyyətlərdə nəzakətli və sakit davranış

  • Dəqiqlik, intizam və nizam-intizamlı iş tərzi

  • Müştəriyönümlü düşüncə və xidmət mədəniyyəti

Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.

BERC şirkətlər qrupu sizə nə vəd edir?

  • Rəqabət qabiliyyətli əmək haqqı

  • Korporativ nömrə və danışıq paketi

  • Təlim və kurslardan endirimli yararlanmaq imkanı

  • İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;

  • Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;

  • Nahar yeməyinin təşkili.

Uyğun namizədlər qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4184

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

1C Proqramist

Tam Ştat

BERC Group MMC IT komandasına “1C Proqramist” vakansiyası üzrə işə qəbul elan edir. Biz BERC GROUP-un daxili sistemlərinin inkişafında iştirak edəcək, 1C platformasında peşəkar təcrübəsi olan proqramist axtarırıq. İş barədə məlumat: 1C:Enterprise 8.x platformasında yeni funksionallıqlar, modullar, formalar və reyestrlər hazırlamaq, mövcud konfiqurasiyaları optimallaşdırmaq. HR, Maliyyə, Mühasibat, Satış, Anbar və digər biznes proseslər üzrə tələbləri toplamaq, təhlil etmək və texniki həllərə çevirmək. Texniki tapşırıq (TT) hazırlamaq, dizayn edilmiş həllər üzrə test ssenariləri yaratmaq və funksionallığın sınağını aparmaq. Sistemdə yaranan proqram və məlumat bazası xətalarını analiz edib operativ şəkildə aradan qaldırmaq. 1C ilə digər sistemlər arasında (ERP, HRM, CRM, bank API-ləri, e-gov portalları) inteqrasiya yaratmaq və məlumat mübadiləsini təmin etmək. XML/JSON, CSV, Excel formatlarında məlumat idxal/ixrac modullarını hazırlamaq və optimallaşdırmaq. DCS və Query Language istifadə edərək analitik hesabatlar, dashboard-lar və rəhbərlik üçün məlumat çıxarışları hazırlamaq. İstifadəçilərin texniki sorğularına cavab vermək, sistem istifadəsi üzrə qısa təlim və izahlar təqdim etmək. Sistem versiyalarının idarə edilməsi, kod review, optimizasiya və development standartlarına əməl olunmasını təmin etmək. Məlumat təhlükəsizliyini, istifadəçi hüquqlarını və sistemin stabil işləməsini qorumaq, ehtiyat nüsxə və arxivləşdirmə proseslərində iştirak etmək. Vəzifəyə dair tələblər: Təcrübə: Minimum 2–3 il 1C:Enterprise 8.x platformasında inkişaf və dəstək təcrübəsi. 1C:ERP, 1C:Mühasibatlıq, 1C:Kadrlar və ya digər funksional modullarla işləmə təcrübəsi. Təhsil: İnformasiya texnologiyaları, kompüter elmləri, tətbiqi riyaziyyat, proqram mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil. **Sertifikat:

Full stack developer (Moodle LMS üçün)

Tam Ştat

BERC Group MMC IT komandasına “Full stack developer” (Moodle LMS üçün) vakansiyası üzrə işə qəbul elan edir. Developer Moodle LMS sistemi layihə üzərində çalışacaq və LMS sistemlərini inkişaf etdirəcək. İş barədə məlumat: Moodle LMS-in əsas kod bazası üzərində yeni funksionallıq, plugin, blok, modul və web-service-lərin hazırlanması. Mövcud Moodle modullarının optimallaşdırılması, bug-fix, performans artırılması və təhlükəsizlik zəifliklərinin aradan qaldırılması. Moodle-in PHP backend (modular plugin architecture) strukturu üzrə yeni API-lərin hazırlanması və mövcud API-lərin genişləndirilməsi. Frontend interfeyslərin (HTML5, CSS3, JavaScript, jQuery, Mustache templates) inkişaf etdirilməsi və UI/UX təkmilləşdirilməsi. LMS daxilində inteqrasiyalar üçün REST / GraphQL API-lərlə işləmək, üçüncü tərəf sistemlərinə məlumat mübadiləsi qurmaq. Moodle Database Layer ilə işləyərək MySQL/PostgreSQL-də sorğular, yeni DB strukturları və optimizasiya aparmaq. Moodle cron jobs və background task sisteminin (scheduled tasks) idarə olunması və yeni proseslərin yazılması. Sistemə yeni autentifikasiya metodlarının əlavə olunması (OAuth2, SAML, LDAP və s.). Code review, version control (Git), CI/CD proseslərində iştirak, deployment və test mühitlərinin idarə olunması. Texniki sənədləşmənin aparılması, istifadəçilər və adminlər üçün təlim və dəstək verilməsi. Vəzifəyə dair tələblər: Təcrübə: Minimum 2–3 il Full-Stack Development təcrübəsi; LMS və ya SaaS platformalarında işləmək üstünlükdür. Moodle LMS-də plugin development, theme development və core modifications üzrə praktik təcrübə (üstünlük: Moodle 3.x/4.x). Büyük kod bazaları ilə işləmə, CI/CD, code optimization və production-level debug təcrübəsi. REST API, üçüncü tərəf servis inteqrasiyası və məlumat mübadiləsi ilə iş təcrübəsi. Təhsil: İnformasiya texnologiyaları, proqram mühəndisliyi, kompüter elmləri və ya əlaqəli sahə üzrə ali təhsil. Sertifikat: Moodle Developer Certification (üstünlük). PHP, Laravel/Symfony, JavaScript və ya Database üzrə peşəkar sertifikatlar. Cloud sertifikatları (AWS, Azure) varsa, əlavə üstünlük sayılır. Texniki səriştələr: PHP 7/8 üzrə güclü biliklər və OOP prinsiplərinə tam bələdlik. JavaScript (ES6+), jQuery, HTML5, CSS3, Bootstrap, Mustache templating. Moodle-in plugin architecture (mod, block, local, tool, auth, enrol, report plug-ins) üzrə bilik. MySQL və/və ya PostgreSQL üzrə sorğu optimizasiyası, DB dizaynı və refaktor bacarıqları. Git (branching, merge, pull requests) və CI/CD ilə iş bacarığı. API integration: REST, GraphQL, OAuth2, SAML, external system sync. Linux server mühiti, cron jobs, caching (Redis), performance tuning üzrə anlayışlar. Davranış səriştələri : Analitik düşüncə və problemi sürətli həll etmə bacarığı. Kompleks kod bazasında işləmək və sistematik yanaşma nümayiş etdirmək. Komanda ilə effektiv kommunikasiya və agile mühitdə çalışma bacarığı. Məsuliyyətlilik, nəticə yönümlülük və detallara diqqət. Yeni texnologiyaları öyrənmək və Moodle-in yeni versiyalarına uyğunlaşmaq istəyi BERC Group MMC sizə nə vəd edir? Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər; Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus) ; Peşəkar korporativ satış təcrübəsi əldə etmək imkanı; İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ; Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər; Nahar yeməyinin təşkili Uyğun namizədlər qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər: Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir. Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.