1C Proqramist

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 dekabr 2025

Son Tarix: 12 yanvar 2026

Təsvir

BERC Group MMC IT komandasına “1C Proqramist” vakansiyası üzrə işə qəbul elan edir.
Biz BERC GROUP-un daxili sistemlərinin inkişafında iştirak edəcək, 1C platformasında peşəkar təcrübəsi olan proqramist axtarırıq.

İş barədə məlumat:

  • 1C:Enterprise 8.x platformasında yeni funksionallıqlar, modullar, formalar və reyestrlər hazırlamaq, mövcud konfiqurasiyaları optimallaşdırmaq.

  • HR, Maliyyə, Mühasibat, Satış, Anbar və digər biznes proseslər üzrə tələbləri toplamaq, təhlil etmək və texniki həllərə çevirmək.

  • Texniki tapşırıq (TT) hazırlamaq, dizayn edilmiş həllər üzrə test ssenariləri yaratmaq və funksionallığın sınağını aparmaq.

  • Sistemdə yaranan proqram və məlumat bazası xətalarını analiz edib operativ şəkildə aradan qaldırmaq.

  • 1C ilə digər sistemlər arasında (ERP, HRM, CRM, bank API-ləri, e-gov portalları) inteqrasiya yaratmaq və məlumat mübadiləsini təmin etmək.

  • XML/JSON, CSV, Excel formatlarında məlumat idxal/ixrac modullarını hazırlamaq və optimallaşdırmaq.

  • DCS və Query Language istifadə edərək analitik hesabatlar, dashboard-lar və rəhbərlik üçün məlumat çıxarışları hazırlamaq.

  • İstifadəçilərin texniki sorğularına cavab vermək, sistem istifadəsi üzrə qısa təlim və izahlar təqdim etmək.

  • Sistem versiyalarının idarə edilməsi, kod review, optimizasiya və development standartlarına əməl olunmasını təmin etmək.

  • Məlumat təhlükəsizliyini, istifadəçi hüquqlarını və sistemin stabil işləməsini qorumaq, ehtiyat nüsxə və arxivləşdirmə proseslərində iştirak etmək.

Vəzifəyə dair tələblər:

Təcrübə:

  • Minimum 2–3 il 1C:Enterprise 8.x platformasında inkişaf və dəstək təcrübəsi.

  • 1C:ERP, 1C:Mühasibatlıq, 1C:Kadrlar və ya digər funksional modullarla işləmə təcrübəsi.

Təhsil: İnformasiya texnologiyaları, kompüter elmləri, tətbiqi riyaziyyat, proqram mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil.

**Sertifikat:

Tələblər

**Tələb olunmur, üstünlükdür

Texniki səriştələr:

  • 1C meta-obyektləri (sənədlər, справочник-lər, reyestrlər, formalar) və OOP prinsiplərini yüksək səviyyədə bilmək.

  • 1C Query Language və Data Composition System (DCS) ilə hesabat və analitika hazırlamaq bacarığı.

  • XML/JSON, CSV, Excel ilə data transformasiya, idxal/ixrac mexanizmlərinin hazırlanması.

  • SQL verilənlər bazası ilə işləmə (PostgreSQL və ya MSSQL üstünlükdür).

  • API inteqrasiyaları və backend-lə məlumat mübadiləsi qurmaq bacarığı.

Davranış səriştələri:

  • Güclü analitik düşüncə və problemi operativ həll etmə bacarığı.

  • Biznes proseslərini anlama və tələbləri texniki həllə çevirə bilmək.

  • Komanda ilə effektiv əməkdaşlıq və aydın kommunikasiya bacarığı.

  • Məsuliyyətlilik, detallara diqqət və nəticə yönümlü iş üslubu.

  • Yeni texnologiyaları öyrənməyə açıq olmaq və özünü inkişaf etdirmək istəyi

BERC Group MMC sizə nə vəd edir?

  • Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər;

  • Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus;

  • Peşəkar korporativ satış təcrübəsi əldə etmək imkanı;

  • İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;

  • Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;

  • Nahar yeməyinin təşkili

Uyğun namizədlər qeyd olunanlinkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2587

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Full stack developer (Moodle LMS üçün)

Tam Ştat

BERC Group MMC IT komandasına “Full stack developer” (Moodle LMS üçün) vakansiyası üzrə işə qəbul elan edir. Developer Moodle LMS sistemi layihə üzərində çalışacaq və LMS sistemlərini inkişaf etdirəcək. İş barədə məlumat: Moodle LMS-in əsas kod bazası üzərində yeni funksionallıq, plugin, blok, modul və web-service-lərin hazırlanması. Mövcud Moodle modullarının optimallaşdırılması, bug-fix, performans artırılması və təhlükəsizlik zəifliklərinin aradan qaldırılması. Moodle-in PHP backend (modular plugin architecture) strukturu üzrə yeni API-lərin hazırlanması və mövcud API-lərin genişləndirilməsi. Frontend interfeyslərin (HTML5, CSS3, JavaScript, jQuery, Mustache templates) inkişaf etdirilməsi və UI/UX təkmilləşdirilməsi. LMS daxilində inteqrasiyalar üçün REST / GraphQL API-lərlə işləmək, üçüncü tərəf sistemlərinə məlumat mübadiləsi qurmaq. Moodle Database Layer ilə işləyərək MySQL/PostgreSQL-də sorğular, yeni DB strukturları və optimizasiya aparmaq. Moodle cron jobs və background task sisteminin (scheduled tasks) idarə olunması və yeni proseslərin yazılması. Sistemə yeni autentifikasiya metodlarının əlavə olunması (OAuth2, SAML, LDAP və s.). Code review, version control (Git), CI/CD proseslərində iştirak, deployment və test mühitlərinin idarə olunması. Texniki sənədləşmənin aparılması, istifadəçilər və adminlər üçün təlim və dəstək verilməsi. Vəzifəyə dair tələblər: Təcrübə: Minimum 2–3 il Full-Stack Development təcrübəsi; LMS və ya SaaS platformalarında işləmək üstünlükdür. Moodle LMS-də plugin development, theme development və core modifications üzrə praktik təcrübə (üstünlük: Moodle 3.x/4.x). Büyük kod bazaları ilə işləmə, CI/CD, code optimization və production-level debug təcrübəsi. REST API, üçüncü tərəf servis inteqrasiyası və məlumat mübadiləsi ilə iş təcrübəsi. Təhsil: İnformasiya texnologiyaları, proqram mühəndisliyi, kompüter elmləri və ya əlaqəli sahə üzrə ali təhsil. Sertifikat: Moodle Developer Certification (üstünlük). PHP, Laravel/Symfony, JavaScript və ya Database üzrə peşəkar sertifikatlar. Cloud sertifikatları (AWS, Azure) varsa, əlavə üstünlük sayılır. Texniki səriştələr: PHP 7/8 üzrə güclü biliklər və OOP prinsiplərinə tam bələdlik. JavaScript (ES6+), jQuery, HTML5, CSS3, Bootstrap, Mustache templating. Moodle-in plugin architecture (mod, block, local, tool, auth, enrol, report plug-ins) üzrə bilik. MySQL və/və ya PostgreSQL üzrə sorğu optimizasiyası, DB dizaynı və refaktor bacarıqları. Git (branching, merge, pull requests) və CI/CD ilə iş bacarığı. API integration: REST, GraphQL, OAuth2, SAML, external system sync. Linux server mühiti, cron jobs, caching (Redis), performance tuning üzrə anlayışlar. Davranış səriştələri : Analitik düşüncə və problemi sürətli həll etmə bacarığı. Kompleks kod bazasında işləmək və sistematik yanaşma nümayiş etdirmək. Komanda ilə effektiv kommunikasiya və agile mühitdə çalışma bacarığı. Məsuliyyətlilik, nəticə yönümlülük və detallara diqqət. Yeni texnologiyaları öyrənmək və Moodle-in yeni versiyalarına uyğunlaşmaq istəyi BERC Group MMC sizə nə vəd edir? Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər; Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus) ; Peşəkar korporativ satış təcrübəsi əldə etmək imkanı; İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ; Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər; Nahar yeməyinin təşkili Uyğun namizədlər qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər: Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir. Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.