Ofis meneceri
Tam Ştat
Menecer
1.800 AZN-dən
Yerləşdirilib 26 may 2026
Son Tarix: 21 iyun 2026
Təsvir
Ofis proseslərinin səmərəli idarə olunmasına dəstək göstərməklə yanaşı, komandaya inzibati və əməliyyat dəstəyi verəcək proaktiv və təşəbbüskar Ofis Meneceri axtarılır.
Tələblər
Bakalavr dərəcəsi (İqtisadiyyat, Maliyyə, Menecment, Biznesin idarəedilməsi və əlaqəli sahələr);
Azərbaycan və rus dili biliyi yüksək, ingilis dili biliyi yaxşı səviyyədə ;
MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Güclü ünsiyyət və komandada işləmə bacarığı;
Yüksək məsuliyyət, operativlik və işlərin planlı şəkildə idarə edilməsi;
Detallara diqqət və sənədlərlə işləmə qabiliyyəti;
Oxşar sahələrdə minimum 5 il iş təcrübəsi .
Vəzifə öhdəlikləri:
Ofis daxilində gündəlik əməliyyatların icrası;
Daxil olan müraciətlərin qəbulu və həlli;
Ofis və layihə proseslərinin daha səmərəli təşkili ilə bağlı təkliflərin verilməsi;
Ofis ləvazimatlarının sifarişini hazırlamaq və inventarın hərəkətini idarə etmək;
Müştərilər, tərəfdaşlar və təchizatçılarla əlaqələrin qurulması
Ofis ləvazimatlarının sifarişi və ehtiyatlara nəzarət;
Görüşlərin, iclasların və səfərlərin təşkili;
Rəhbərliyin inzibati tapşırıqlarının icrası;
Daxili prosedur və qaydalara riayət olunmasına nəzarət.
İş şəraiti:
İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
Tibbi sığorta və nahar;
Peşəkar təlim və inkişaf imkanları;
Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit;
Əmək haqqı- 1800- 2000 Azn
Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə Ofis Meneceri qeyd etməklə qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Zeytun Pharmaceuticals
Manufacturing
Zeytun Pharmaceuticals Azərbaycanın qabaqcıl farmasevtika şirkətlərindən biridir və yüksək keyfiyyətli dərman vasitələri, tibbi preparatlar və səhiyyə məhsulları istehsal etməklə ölkənin sağlamlıq sektoruna mühüm töhfə verir. Şirkət müasir texnologiyalar, beynəlxalq standartlara uyğun istehsal prosesləri və elmi-tədqiqat yanaşması ilə fəaliyyət göstərir, bu da onun məhsullarının etibarlılığını və effektivliyini təmin edir. Zeytun Pharmaceuticals həm yerli bazarda, həm də regional miqyasda müştərilərin ehtiyaclarına cavab verən geniş məhsul portfelinə malikdir və səhiyyə sisteminin inkişafına dəstək olmaq məqsədi ilə tibbi keyfiyyət və təhlükəsizlik standartlarını daim yüksəltməyə yönəlmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18467
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+