Ofis meneceri

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 27 may 2026

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Gündəlik ofis işlərinin təşkili

  • Gələn qonaqları nəzaklətlə və peşəkarcasına qəbul etmək və yönləndirmək

  • Ofisin təmizliyini və ümumi iş mühitini nəzarətdə saxlamaq

  • Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları və digər inventar əşyaları ilə təmin edilməsi

  • Bütün işçilər və qonaqlar üçün peşəkar və qonaqpərvər mühitin təmin olunması

  • Ofis daxilində gündəlik əməliyyatların icrası

  • Rəhbərliyin inzibati tapşırıqlarının icrası

  • Telefon zənglərinin cavablandırılması, lazımı məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara ötürülməsi

  • Sənədlərin və məlumatların məxfiliyini qorumaq

  • Sənədlərlə işləmək

  • Ofis daxilində rəhbərlik və qonaqlar üçün çay/kofe hazırlanması və servisi

Namizədə dair tələblər:

  • Ali təhsil

  • Məsuliyyətli, nizam-intizamlı və komandada işləmə bacarığı

  • Əla səviyyədə azərbaycan dili (rus dili və ingilis üstünlükdür)

  • Məsuliyyətlilik, dəqiqlik və çeviklik

  • Komanda ilə işləmə, təşəbbüskarlıq və məsuliyyətlilik

  • Detallara diqqət və sənədlərlə işləmə qabiliyyəti

  • İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

Dil bilikləri:

  • Azərbaycan dili – əla səviyyədə

  • Rus dili –  biliyi əLvə üstünlükdür

  • İngilis dili biliyi əlavə üstünlükdür

Şirkətin təklif etdiyi imkanlar:

  • Bilik və təcrübəyə uyğun rəqabətədavamlı əmək haqqı

  • Yenilikçi və dinamik iş mühiti

  • Rəsmi əmək müqaviləsi və sosial təminat

Əlavə məlumatlar:

  • İş yeri: Bakı şəhəri Səbail Rayonu (Axundov Bağı) Ə.D

  • İş qrafiki: 5 günlük iş həftəsi (Şənbə və Bazar günü istirahət)

  • İş saatı: 09:00 – 18:00

  • Əmək haqqı: Müsahibə zamanı bilik və bacarıqlara əsasən müəyyən olunacaq

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vakansiyanın adını yazmağı unutmayın: “Ofis Meneceri”

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14851

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer