Ofis meneceri

Tam Ştat

Menecer

400 AZN-dən

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 6 may 2026

Təsvir

  • Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Ofis meneceri vakansiyası elan edir.

  • Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

  • Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

  • Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Vəzifə öhdəlikləri:

  • Əməkdaşların ofis ləvazimatları ilə təmin edilməsinə köməklik edilməsi

  • Ofis daxili ehtiyacların müəyyənləşdirilməsi, müvafiq şirkətlərlə danışıqların aparılması və sifarişlərin edilməsi

  • Məktubların qəbulu, göndərilməsi və aidiyyatı üzrə şöbələrə yöndərilməsi

  • Müştərilərin qarşılanması, onlara lazımı məlumatların verilməsi, düzgün yönləndirilməsi

  • Görülən işlərlə bağlı hesabatların hazırlanması

Tələblər

  • Ali təhsil

  • 21-25 yaş aralığında gənclər

  • Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)

  • Səlis və aydın nitq qabiliyyəti

  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı

  • Çevik qərar vermə, detallara qarşı diqqətlilik, təşkilatçılıq

Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 10:00 – 19:00

  • Əmək haqqı: 400 AZN (Gross)

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

AGA Group

AGA Group

Other

AGA Group Azərbaycanda fəaliyyət göstərən və müxtəlif biznes istiqamətlərini birləşdirən şirkətlər qrupudur. Qrup əsasən tikinti, layihə idarəetməsi, ticarət və xidmət sahələrində fəaliyyət göstərərək yerli bazarda müxtəlif miqyaslı layihələrin icrasını həyata keçirir. AGA Group müasir idarəetmə yanaşması və operativ əməliyyat modeli ilə fərqlənir. Şirkət fəaliyyətində keyfiyyət, etibarlılıq və uzunmüddətli tərəfdaşlıq prinsiplərini əsas tutur. AGA Group bazarın tələblərinə uyğun innovativ həllər tətbiq etməyi, layihələrin vaxtında və standartlara uyğun icrasını təmin etməyi və davamlı inkişaf strategiyası ilə mövqeyini gücləndirməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13522

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya