Ofis meneceri

Bakı,, BAKI, ŞƏHƏRİ,, XƏTAİ, RAYONU,, Xocalı, prospekti

Tam Ştat

Menecer

364 AZN-dən

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 18 may 2026

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İnzibati idarəetmə bölməsində ofis meneceri vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil

  • 21-25 yaş aralığında gənclər

  • Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)

  • Səlis və aydın nitq qabiliyyəti

  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı

  • Çevik qərar vermə, detallara qarşı diqqətlilik, təşkilatçılıq

Ofis meneceri nə iş görür?

  • Əməkdaşların ofis ləvazimatları ilə təmin edilməsinə köməklik edilməsi

  • Ofis daxili ehtiyacların müəyyənləşdirilməsi, müvafiq şirkətlərlə danışıqların aparılması və sifarişlərin edilməsi

  • Məktubların qəbulu, göndərilməsi və aidiyyatı üzrə şöbələrə yöndərilməsi

  • Müştərilərin qarşılanması, onlara lazımı məlumatların verilməsi, düzgün yönləndirilməsi

  • Görülən işlərlə bağlı hesabatların hazırlanması

Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 10:00 – 19:00

  • Əmək haqqı: 400 AZN (Gross)

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Ofis meneceri” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13251

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer