Ofis meneceri
Bakı
Tam Ştat
Menecer
500 AZN-dən
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 3 may 2026
Təsvir
Əsas vəzifə və öhdəliklər:
Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək,şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;
Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi, poçt və ya kuryerlə göndərilməsi;
Ofis daxili ehtiyacların müəyyənləşdirilməsi, müvafiq şirkətlərlə danışıqların aparılması və sifarişlərin edilməsi;
E-mail və yazışmaların həyata keçirilməsi, müvafiq olaraq yönləndirilməsi
Ofis daxili işlərin təşkili və nəzarəti;
Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası;
Namizədə qarşı tələblər:
Bəy namizədlərə üstünlük verilir;
Ali təhsil;
Yaxşı səviyyədə Azərbaycan və İngilis dili biliyi;
Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
Gülərüz, səliqəli xarici görünüş;
Həm yazılı, həm də şifahi ünsiyyət bacarıqları;
İş şəraiti:
5 günlük iş həftəsi
İş vaxtı: 09:00 -18:00
Tibbi sığorta
Korporativ nömrə
Əmək haqqı: 500 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Ofis meneceri” qeyd etməklə qeyd olunan elektron ünvanına göndərə bilərlər..
Necə Müraciət Etmək Olar
General Supply
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12579
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer