Ofis işləri üzrə Köməkçi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 mart 2026
Son Tarix: 18 mart 2026
Təsvir
Hazırda şirkətimizə Ofis işləri üzrə Köməkçi tələb olunur.
İş yeri: 8 Noyabr pr. 113, Baku Bay Tower, 6-cı mərtəbə
Tələblər
Ali təhsil
0-1 il iş təcrübəsi
İngilis dili
MS Office proqramları üzrə bacarıqlar
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Şirkətə gələn ziyarətçi və qonaqları qarşılamaq, müvafiq qaydada yönləndirmək və lazımi məlumatla təmin etmək;
Daxil olan telefon zənglərini qəbul etmək, uyğun struktur bölmələrinə yönləndirmək, zərurət olduqda qeydlər aparmaq və məlumatı aidiyyəti şəxslərə çatdırmaq;
Kargüzarlıq işlərini təşkil etmək, sənədlərin (fiziki və elektron) sistemli şəkildə saxlanılmasını təmin etmək;
Şirkət tərəfindən bağlanan müqavilə, razılaşma və digər hüquqi sənədləri ümumi elektron bazaya daxil etmək və arxivləşdirmə prosesinə nəzarət etmək;
Şirkətə daxil olan rəsmi məktubları qeydiyyata almaq və surətlərini əlaqəli əməkdaşlara təqdim etmək;
Şirkətdən göndərilən rəsmi məktubların qeydiyyatını aparmaq və müvafiq ünvanlara vaxtında çatdırılmasını təmin etmək.
Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
Könüllü tibbi siğorta
Nəqliyyat
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
Digər imtiyazlar paketi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Norm OJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10728
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə