İnşaat Mühəndisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 18 mart 2026
Təsvir
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər
İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil
Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi
Əla səviyyədə ingilis dili biliyi
AutoCAD üzrə bacarıq
MS Office proqramları üzrə bacarıqlar
SAP2000/ ETABS/ Solidworks üzrə bacarıqlar
Tikinti normalarına dair biliklər
Konstruktor və struktur mühəndisliyi bilikləri
İşçi layihələrin oxunması və təhlili
Həcmlərin (BOQ) çıxarılması və smeta hesablamaları
Tikinti qrafiklərinin tərtibi (MS Project / P6)
Tikinti üzrə keyfiyyət standartlarına dair biliklər
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Tikinti və infrastruktur obyektləri üçün layihə tələblərinin hazırlanması;
İşçi çizgilərin, smetaların və material siyahılarının yoxlanılması və təsdiqi;
Zavod ərazisində aparılan bütün tikinti və montaj işlərinə gündəlik sahə nəzarətinin təmin edilməsi;
Tikinti layihələrinin planlarına, habelə iş qrafiklərinə riayət edilməsinə, tikinti-quraşdırma, təmir, bərpa və yenidən qurma işlərinin həcm, müddət və keyfiyyət baxımından qoyulan tələblərə uyğunluğuna nəzarət etmək;
İstifadə olunan və quraşdırılan material, avadanlıq və konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə, işçi cizgilərinə, standart və normalara uyğunluğuna nəzarət etmək;
Müxtəlif departamentlərlə (istehsalat, mexanika, elektrik, HSE) layihə əsasında koordinasiya;
Öz sahəsi üzrə bütün texniki sənədlərin düzgün arxivləşdirilməsi;
Layihə qrafiklərinin (P6/MS Project) tərtibi və icra vəziyyətinin izlənməsi;
Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq;
Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
Könüllü tibbi sığorta
Servis avtobusu
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Norm OJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10594
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə