Ofis Dəstəyi İşçisi (Call Center Operatoru)

Tam Ştat

Orta Səviyyə

850 AZN-dən

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 15 may 2026

Təsvir

İş yeri: Baku Calls MMC (ABŞ-ın Hyuston şəhərində yerləşən ana şirkətin Bakıdakı filialı)

Baku Calls MMC komandamıza ofisdə çalışmaq üçün əməkdaşlar axtarır. Şirkətimiz yaşayış və kommersiya obyektləri üçün qıfılların və açarların quraşdırılması, həmçinin Amerika və Avropa markalarına məxsus avtomobil açarlarının satışı ilə məşğuldur.

Tələblər

Tələb olunan ingilis dili səviyyəsi intermediate səviyyəsindədir. Bu səviyyədən aşağı biliklərə malik namizədlərdən vakansiyaya müraciət etməmələri xahiş olunur.

Vəzifələr:

  • Müştərilərdən daxil olan zənglərin qəbulu (yalnız ingilis dilində)

  • Sifarişlərin sistemə daxil edilməsi və statusuna uyğun şəkildə işlənməsi

  • Müştərilərə çıxan zənglərin edilməsi

  • Şirkətin məhsul və xidmətlərini peşəkar şəkildə təqdim edərək müştəri marağını artırmaq

  • İngilis dilində dəqiq yazmaq və məlumatları sistemə düzgün daxil etmək

Tələblər:

  • İngilis dilini yüksək səviyyədə bilmək (şifahi və yazılı)

  • Müxtəlif aksentləri anlamaq bacarığı

  • Satış və müştəri ilə düzgün ünsiyyət bacarığı

  • Punktuallıq və məsuliyyətlilik

  • İşdə dəqiqlik və diqqətlilik

  • Komandada işləmə bacarığı

  • Kompüterdən baza səviyyəsində istifadə bacarığı

İş şərtləri:

  • Növbəli iş qrafiki: Axşam növbəsi: 16:00 – 00:00/ Gecə növbəsi: 00:00 – 08:00

  • Həftədə iki istirahət günü

  • Əmək haqqı: 850 AZN (əldə)

  • 30 təqvim günü ödənişli məzuniyyət

  • 2–3 həftə ödənişli təlim

  • Koroğlu metro stansiyasına yaxın, rahat ofis şəraiti

Müraciət qaydası:

CV-nizi göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz və ya +994 50 635 51 35 (Mariya xanım) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13973

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə