Nəqliyyat tənzimlənməsi üzrə baş mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 20 may 2026
Təsvir
Vəzifənin qısa təsviri:
Avtomobil nəqliyyatı, yol hərəkətinin təşkili, mikromobillik, piyada infrastrukturu sahəsində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasına cavabdehdir.
Vəzifə öhdəlikləri:
Mövcud tənzimləmə mexanizmlərinin təhlilini aparmaq, təkmilləşdirilməsi ehtiyacları ilə bağlı təkliflər hazırlamaq;
Təklif olunan tənzimləmə mexanizmləri ilə bağlı beynəlxalq təcrübəni öyrənmək, əsaslandırmalar, analitik hesabatlar və vizual təqdimatlar hazırlamaq, tətbiqinin müsbət və mənfi tərəfləri, eləcə də yaratdığı risklər barədə rəy formalaşdırmaq;
Təklif olunan tənzimləmə mexanizmləri ilə bağlı hazırlanan normativ-hüquqi aktların, o cümlədən standartların layihələrinin hazırlanmasında iştirak etmək;
Tənzimləmə normalarının təkmilləşdirilməsi ilə bağlı digər dövlət orqanlarından (qurumlarından), beynəlxalq təşkilatlardan, vətəndaşlardan və s. daxil olan təkliflərə baxmaq və əsalandırılmış rəylər hazırlamaq.
Tələblər
Nəqliyyat və ya yol hərəkətinin təşkili sahəsində ali təhsil.
Nəqliyyat sahəsində minimum 2 il iş təcrübəsi.
Microsoft Office (Word, PowerPoint və Excel) proqram təminatlarında sərbəst iş bacarığı.
İngilis dili: orta səviyyədən yuxarı (Upper-Intermediate və daha yüksək). Rus vəya türk dili biliyi arzuolunandır.
Yüksək səviyyədə müstəqil işləmə bacarığı, tapşırıqları strukturlaşdırma və analiz etmə bacarığı, analitik və kritik düşüncə.
Necə Müraciət Etmək Olar
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Other
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkədə avtomobil nəqliyyatı sisteminin innovativ yanaşma və yeni texnologiyalardan istifadə etməklə daha da inkişaf etməsi üçün genişmiqyaslı iş aparır. Hədəfimiz – Azərbaycanın iqtisadi inkişaf potensialından yararlanaraq, vətəndaşlar üçün nəqliyyat sahəsində daha yaxşı, müasir, rahat, təhlükəsiz mühit yaratmaqdır. Amalımız – keyfiyyətli xidmət sayəsində sürətli inkişafı təmin etməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14381
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500