Nəqliyyat işləri üzrə koordinator
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
Nəqliyyat marşrutlarını planlaşdırmaq və optimallaşdırmaq;
Sürücülərin və nəqliyyat vasitələrinin iş qrafikini tənzimləmək;
Yüklərin vaxtında çatdırılmasını təmin etmək;
Yanacaq, texniki baxış və xərclərə nəzarət etmək;
Müştərilər və tərəfdaşlar ilə əlaqə saxlamaq;
Gecikmə və ya problemləri operativ həll etmək.
Tələblər
Təhsil: Ali (Texniki);
İş təcrübəsi: minimum 1 il;
Yaş aralığı: 24-40;
Kompüter bilikləri: MS Ofis proqramları, Logistika proqramları və 1C 8.3;
Dil bilikləri: Azərbaycan dili;
Ölkədaxili ezamiyyət imkanları;
İş şəraiti:
İş yeri: Ağdağ Gips Zavodu (Qaradağ ərazisi);
İş qrafiki: 6 günlük (qısa iş günü);
İstirahət: Bazar günü;
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir;
Dinamik və gənc komanda ilə iş imkanı;
Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13326
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000