MYP üzrə Riyaziyyat Müəllimi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 20 iyun 2026
Təsvir
“Hədəf Stars Campus” komandamıza peşəkar və təcrübəli MYP üzrə Riyaziyyat Müəllimi axtarır.
Ünvan - Hədəf Stars Campus - https://maps.app.goo.gl/xorpZsLhMg2TdMqP8
Əsas vəzifə öhdəlikləri:
IB Middle Years Programme (MYP) çərçivəsinə uyğun riyaziyyat dərslərinin planlaşdırılması və tədrisi
Şagirdyönümlü, araşdırma əsaslı və konseptual öyrənməni təşviq edən dərs mühitinin yaradılması
Dərs prosesində texnologiya və innovativ tədris metodlarından effektiv istifadə
MYP qiymətləndirmə meyarlarına uyğun formative və summative assessment-lərin hazırlanması və tətbiqi
Şagirdlərin akademik inkişafının davamlı izlənilməsi və qiymətləndirilməsi
Şagirdlərə və valideynlərə vaxtında və konstruktiv rəy verilməsi
Müsbət, inklüziv və dəstəkləyici sinif mühitinin formalaşdırılması
Məktəbin daxili qayda və prosedurlarına riayət olunması
Müəllim kollektivi, valideynlər və akademik heyətlə əməkdaşlıq
Departament və ümumməktəb iclaslarında, eləcə də məktəb təşəbbüslərində fəal iştirak
Tələblər
Ali təhsil (riyaziyyat və ya əlaqəli sahə üzrə)
Riyaziyyat fənninin tədrisi üzrə minimum 3 il iş təcrübəsi
IB MYP proqramı üzrə iş təcrübəsi üstünlükdür
Beynəlxalq və ya ingilisdilli məktəblərdə iş təcrübəsi üstünlük hesab olunur
İngilis dili biliyi arzuolunandır
Bacarıqlar və səriştələr:
MYP kurikulumu və qiymətləndirmə prinsipləri üzrə bilik
Fənn üzrə yüksək bilik səviyyəsi
Güclü ünsiyyət və təqdimat bacarıqları
Effektiv sinif və zaman idarəetməsi bacarıqları
Məsuliyyətli, yaradıcı və peşəkar yanaşma
Komandada işləmək və əməkdaşlıq bacarığı
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
İş qrafiki: 08:00 – 17:00 (həftədə 5 gün)
56 gün ödənişli məzuniyyət
Şirkət tərəfindən gündəlik nahar
Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim
Müntəzəm təlim və inkişaf proqramları
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Hədəf STEAM Liseyi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17946
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə