Ana Səhifə
Vakansiyalar
Xidmət Sahəsi
Digər xidmət işləri

Müştərilərlə əlaqələr üzrə menecer

Müştərilərlə əlaqələr üzrə menecer

Tam Ştat

Menecer

1.000 AZN-dən

Yerləşdirilib 10 fevral 2026

Son Tarix: 4 mart 2026

Təsvir

25 ildən artıq fəaliyyət göstərən şirkətimizin daha da böyüməsi, karyera yüksəlişləri və yeni komanda yoldaşlarına ehtiyac yaranması səbəbilə CRM şöbəmizi yenilıyir, yeni komanda üzvləri axtarışındayıq, bizimlə birgə sizlər də dəyər yaratmaq istəyirsinizsə vakansiyaya müraciət edərək siz də Prime ailəsinin bir üzvü ola bilərsiniz!

Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir.

Hansı işləri görəcəksiniz:

  • Şirkət tərəfindən zəng edilən müştərilərin və daxil olan müraciətlərin  statistikasının aparılması və şirkətdaxili qaydalara uyğun olmağına nəzarətin edilməsi;

  • Müştəri məmnuniyyətinin ölçülməsi, statistik məlumat bazasının toplanılması, onların təhlili və seqmentasiyası istiqamətində mütəmadi işlərin aparılması;

  • Müştəri kateqoriyalarının yaradılması, onlara uyğun olaraq bonus, kampaniya və xüsusi şərtlərin təklif edilməsi;

  • Müxtəlif parametrlər üzrə müştəri bazasının təhlili və seqmentasiyası;

  • Müştəri müraciətlərinin cavablarının araşdırılması və nəticə ilə bağlı operator ilə danışıqların aparılması;

  • Sirkət daxili hesabatların avtomatlaşdırılması və satışın artılması istiqamətində tədbirlərin həyata kecirilməsi;

  • Müştəri məmnuniyyəti üzrə əməkdaşlara təlimlərin keçirilməsi;

  • Müvafiq struktur bölməsi üzrə tabeliyində olan əməkdaşların idarə edilməsi və ümumi işin düzgün təşkili.

Hansı bilik və bacarıqlarınız olmalıdır:

  • Ali Təhsil;

  • CRM, marketinq və ya biznes idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi;

  • CRM və müştəri təcrübəsinin idarə edilməsi sahəsində texniki biliklər;

  • Analitik düşüncə tərzi, data analiz bacarıqları;

  • Trendləri müəyyən etmə bacarığı;

  • Güclü kommunikasiya və ünsiyyət bacarığı, digər şöbələrlə və komanda ilə iş bacarığı

  • Təşəbbüskarlıq;

  • Ofis proqramlarında sərbəst işləmək, xüsusilə Excel bilikləri;

  • Orfoqrafik və qrammatik yazı normalarını mükəmməl bilmək və tətbiq etmək;

  • Səlis nitqə sahib olmaq;

  • Rus dili biliyi mütləqdir.

Biz sizə nələr təklif edirik:

  • Əmək haqqı: 1000+ nett və KPİ uyğun bonus;

  • Ünvan: Azure Biznes Mərkəzi;

  • 5 günlük iş qarfiki;

  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;

  • Mehriban və gənc komanda yoldaşları;

  • Şirkət daxili təlim və inkişaf imkanları;

  • Karyera yüksəlişi imkanı.

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Müştərilərlə əlaqələr üzrə menecer” başlığı ilə göstərilən e-mail ünvanına göndərə bilərsiniz.

Necə Müraciət Etmək Olar

Prime Accessories Mağazalar Şəbəkəsi

Prime Accessories Mağazalar Şəbəkəsi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8243

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

Müştərilərlə əlaqələr üzrə mütəxəssis

Tam Ştat

25 ildən artıq fəaliyyət göstərən şirkətimizin daha da böyüməsi, karyera yüksəlişləri və yeni komanda yoldaşlarına ehtiyac yaranması səbəbilə CRM şöbəmizə yeni komanda üzvü axtarışındayıq, bizimlə birgə sizlər də dəyər yaratmaq istəyirsinizsə vakansiyaya müraciət edərək siz də Prime ailəsinin bir üzvü ola bilərsiniz! Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir. Hansı işləri görəcəksiniz: Müştəri kateqoriyalarının yaradılması, onlara uyğun olaraq bonus, kampaniya və xüsusi şərtlərin təklif edilməsi; Müştərilərin ad günlərində zənglərin edilməsi, kampaniya və endirim barəsində məlumat verilməsi; Müştəri məmnuniyyətinin ölçülməsi, statistik məlumat bazasının toplanılması, onların təhlili və seqmentasiyası istiqamətində mütəmadi işlərin aparılması; Müxtəlif parametrlər üzrə müştəri bazasının təhlili və seqmentasiyası; Instagram, Facebook və WhatsApp sosial şəbəkəsi üzrə ismarıc və direktlərin cavablandırılması; Hansı bilik və bacarıqlarınız olmalıdır: Komandada işləmə bacarığı; Təşəbbüskar; Ofis proqramları, xüsusilə Excel bilikləri; Sosial şəbəkə istifadəçisi; Orfoqrafik və qrammatik yazı normalarını mükəmməl bilmək və tətbiq etmək; Səlis nitqə sahib olmaq; Rus dili səlis. Biz sizə nələr təklif edirik: 5 günlük iş rejimi; Şirkət məhsullarını endirimlə əldə etmək imkanı; Şirkət daxili təlim və inkişaf imkanları; Karyera yüksəlişi imkanı; Mehriban və gənc komanda yoldaşları; Əmək haqqı: 600 Azn nett Ünvan: Azure Biznes Mərkəzi Bizim komandaya necə qoşula bilərsiniz: Əgər siz də öz potensialınıza güvənir, karyera qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Müştərilərlə əlaqələr üzrə mütəxəssis” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Satış komandasının inkişafı üzrə təlim meneceri

Tam Ştat

BİZ SADƏCƏ SATIŞ ÜZRƏ TƏLİMÇİ AXTARIŞINDA DEYİLİK... Prime Accessories – sürətlə böyüyən retail şəbəkədir. Məqsədimiz yalnız satış etmək deyil, satış komandalarını sistemli şəkildə inkişaf etdirməkdir. Şəbəkəmizin genişlənməsi ilə əlaqədar satış performansını artıracaq peşəkar Təlim və İnkişaf Meneceri axtarırıq. Bu rolda əsas missiyanız - Satış heyətinin bilik və bacarıqlarını inkişaf etdirərək filialların satış göstəricilərinə real təsir göstərməkdir. Hansı işləri görəcəksiniz: Satış praktikaları ilə bağlı təlimlər hazırlayıb, periodik olaraq heyətə tədris etmək; Filiallara mütəmadi səfərlər və yerində kouçinq; Təlim sonrası satış nəticələrinin izlənməsi və performans analizi aparmaq; Soft skills (etirazların idarə olunması, effektiv ünsiyyət, motivasiya, liderlik və s.) üzrə inkişaf proqramları hazırlamaq; Komandanın təlim ehtiyaclarını təyin edərək, təlimlər təşkil etmək; Yeni əməkdaşların işə qəbul prosesində iştirak etmək; Tədris sonrası həyata keçirilən imtahanların nəticələrinin açıqlanması və qeydiyyatının aparılması; İşçilərin ixtisaslarının və peşəkarlığının artırılması, həmçinin görülən işlərin təqib edilməsi; Motivasiya proqramlarının təşkil edilməsi; Satış artımına yönəlik təklif və inkişaf planlarının hazırlanması; Təlim effektivliyinin ölçülməsi və rəhbərliyə hesabatların təqdim edilməsi. Namizəddən tələblər: Ali Təhsil; Satış sahəsində minimum 5 il real praktiki təcrübə; Minimum 2 il təlimçi və ya kouçinq təcrübəsi; Retail sektor təcrübəsi üstünlükdür; Satış göstəriciləri ilə işləmə və analitik düşüncə bacarığı; Filial səfərlərinə hazır olmaq; Rus və İngilis dili bilikləri; Güclü təqdimat və komanda idarə etmə bacarığı. Biz sizə nələr təklif edirik: Əmək haqqı: nett 1500 Azn + KPİ uyğun bonus 5 günlük iş qarfiki; Şirkət məhsullarını endirimlə əldə etmək imkanı; Şirkət daxili təlim və inkişaf imkanları; Karyera yüksəlişi imkanı. Bizim komandaya necə qoşula bilərsiniz: Əgər siz də öz potensialınıza güvənir və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Satış komandasının inkişafı üzrə təlim meneceri ” başlığı ilə  qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Təlim və satış personalının inkişafı üzrə menecer

Tam Ştat

BİZ SADƏCƏ SATIŞ ÜZRƏ TƏLİMÇİ AXTARIŞINDA DEYİLİK... Biz bilirik ki, insanlara xidmət etmək, onları öyrətmək, inkişaflarına töhfə vermək heç də sadə iş deyil. Biz insanlarla işləməyi sevən kreativ, aktiv, özündən sonra davamçılar yetişdirə biləcək və lider olacaq dəyərli əməkdaş axtarışındayıq. Axtarışın əsas səbəbi şəbəkəmizin günü gündən böyüməsidir. Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir. Hansı işləri görəcəksiniz: Satış praktikaları ilə bağlı təlimlər hazırlayıb, periodik olaraq heyətə tədris etmək; Təlim sonrası əməkdaşların performansının izlənilməsi və onların inkişafına dair rəy verilməsi; Təlim kontentləri yaratmaq və onları gündəmdə saxlamaq; Mağaza ziyarətlərində iştirak edib, mağaza heyətinin təlim ehtiyaclarını təyin edərək, təlimlər təşkil etmək; Yeni əməkdaşların işə qəbul prosesində iştirak etmək; Tədris sonrası həyata keçirilən imtahanların nəticələrinin açıqlanması və qeydiyyatının aparılması; İşçilərin ixtisaslarının və peşəkarlığının artırılması, həmçinin görülən işlərin təqib edilməsi; Motivasiya proqramlarının təşkil edilməsi; Satışın artırılması üçün filiallara dəstək olmaq; Sahə üzrə yenilikləri təqib edib (daxili və xarici bazar araşdırmaları) və təlimlərin faydalılığının artırılması üçün sorğu və analizlər etmək; Gördüyü işlərin aylıq, rüblük və illik hesabatanı birbaşa rəhbərə təqdim etmək. Hansı super gücləriniz olmalıdır: Ali Təhsil; Satış sektorunda minimum 5 il iş təcrübəsi ( korporativ satış, biznes inkişaf, danışıqların aparılması xarakterli işlərdə təcrübəsi olanlara üstünlük veriləcək ) və minimum 2 il təlimçi fəaliyyəti; MS Office proqramlarını əla səviyyədə bilməli; Rus dili və İngilis dili bilikləri mütləqdir; Komanda idarə etmə bacarığı; Təqdimat və danışıq bacarığı; Ünsiyyət bacarığı; Analitik düşünmə bacarığı. Biz sizə nələr təklif edirik: Əmək haqqı: nett 1500 Azn + KPİ uyğun bonus 5 günlük iş qarfiki Şirkət məhsullarını endirimlə əldə etmək imkanı; Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı; Şirkət daxili təlim və inkişaf imkanları; Karyera yüksəlişi imkanı. Bizim komandaya necə qoşula bilərsiniz: Əgər siz də öz potensialınıza güvənir və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Təlim və satış personalının inkişafı üzrə menecer” başlığı ilə göstərilən e-mail ünvanına göndərə bilərsiniz.