Müştərilərə Dəstək Mütəxəssisi (Səbail filialı)
Bakı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 3 iyun 2026
Təsvir
Filialda müştəri axınının idarə edilməsi (qarşılama, cavablandırma və s.);
Müştərilərə bank məhsul və xidmətləri üzrə ilkin məlumatın verilməsi;
Cash-in terminalları və ATM-lər üzrə müştəri dəstəyi;
Müştəri müraciətləri və şikayətlərinin ilkin qəbulu.
Tələblər
Ali təhsil;
Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı;
Ünsiyyətqurma və izahetmə qabiliyyəti;
MS Office proqramları üzrə biliklər;
Məsuliyyətlilik, düzgünlük və detallara qarşı diqqətlilik;
Təşəbbüskarlıq və komandada işləmək bacarığı.
Necə Müraciət Etmək Olar
AccessBank
AccessBank Azərbaycanda fəaliyyət göstərən aparıcı mikromaliyyə və kommersiya banklarından biridir. Bank 2002-ci ildə Almaniya İnkişaf Bankı (KfW), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və digər beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə yaradılıb. AccessBank əsasən kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində ixtisaslaşıb və fərdi müştərilər üçün də geniş bank xidmətləri təqdim edir. Bank fəaliyyətində şəffaflıq, əlçatan maliyyə xidmətləri və sahibkarlığın dəstəklənməsi prinsiplərini əsas tutur. AccessBank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. Bank həmçinin innovativ yanaşmaları və müştəriyönümlü xidməti ilə Azərbaycanın bank sektorunda etibarlı maliyyə institutlarından biri kimi tanınır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16604
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+