Müştəri xidmətləri mütəxəssisi
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 fevral 2026
Son Tarix: 9 mart 2026
Təsvir
Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.
İş barədə məlumat:
Müştəri sorğu və şikayətlərini telefon, e-poçt və sosial media vasitəsilə qəbul etmək və cavablandırmaq.
Müştərilərə velosiped kiralama prosesləri, qiymətlər və mövcud kampaniyalar haqqında dəqiq məlumatlar vermək.
Müştəri məmnuniyyətini artırmaq məqsədilə yüksək səviyyədə xidmət standartlarını təmin etmək.
Müştəri şikayətlərini səbirli və peşəkar şəkildə həll etmək.
Müştəri rəyləri və təklifləri əsasında xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün təkliflər vermək.
Tələblər
Xanım namizədlər
Müştəri xidmətləri sahəsində minimum 6 ay iş təcrübəsi
Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları
Problem həlli bacarıqları və yüksək səviyyədə müştəriyönümlülük
Komanda işində uğur qazanmaq və müstəqil işləmə qabiliyyəti
Azərbaycan dili-səlis, rus və ingilis dili-arzuolunan
Biz nə təklif edirik?
Gənc və dinamik kollektivdə işləmək fürsəti
Şəhər mərkəzində iş yeri
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək
İş vaxtı: növbəli iş qrafıkı
Əgər bilik və bacarıqlarınıza güvənir həmçinin innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Müştəri xidmətləri mütəxəssisi” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik.
Necə Müraciət Etmək Olar
Apar (Bike-Sharing Startup)
Vakansiya Təfərrüatları
Vakansiya ID
#7899
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə