Ana Səhifə
Vakansiyalar
Xidmət Sahəsi
Digər xidmət işləri

Müştəri məsləhətçisi (Sədərək filialı)

Müştəri məsləhətçisi (Sədərək filialı)

Bakı,, Azərbaycan

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 8 iyun 2026

Təsvir

  • Müştəriləri qarşılayır, salamlayır, istiqamətləndirir;

  • Bankın bütün məhsulları haqqında məlumatı olmalıdır;

  • Müştəriləri məhsullar və xidmətlər haqqında məlumatlandırır;

  • Müştərilərin Banka gəlişinin məqsədini müəyyənləşdirir,suallarını cavablandırır, lazım gəldikdə seçimlərində köməklik edir;

  • Müştərilərin problemlərini dinləyir və həll etməyə çalışır. Əgər problem digər Departament və şöbələrin cəlbi ilə həll olunursa, bu halda müştərini Filial Rəhbərinə yönəldir;

  • Müştəri şikayətlərini qəbul edir “Müştərilərin şikayət, təklif və sorğuları ilə iş üzrə prosedura” uyğun olaraq yönəldir;

  • Müştərini özünəxidmət (ATM, Cash in və s.) avadanlığına istifadə üçün yönəldir, lazım olduğu təqdirdə onu avadanlıqdan istifadə üçün maarifləndirir;

  • Filialda özünəxidmət ( ATM, Cash İn və s.) və növbə tənzimləmə avadanlığının işlək vəziyyətdə olmasını periodik yoxlayır. Problem olduğu təqdirdə Filial Rəhbərinə məlumat verir;

  • Müştərini növbə tənzimləmə aparatına yönəldir və xidmət seçimində dəstək olur;

  • Əməkdaşların növbə tənzimləmə aparatının daim online vəziyyətdə olmasına və növbə gözləyən müştərilərin xidmət üçün qəbul edilməsinə nəzarət edir.

  • Filialda hər hansı səliqəsizlik aşkarlandıqda xadiməni dərhal çağırmalı,masalardakı səliqəyə, filialın ümumi daxili görünüşünə və bukletlərin səliqəsinə mütəmadi nəzarət etməli;

  • Funksional tabe olduğu Departamentin direktoru, Departament direktoru müavini,şöbə müdiri və filial müdiri tapşırıqlarını yerinə yetirir;

  • Müştəri müraciət etdikdə GNİ ABS axtarış ekranı üzrə müştəri məlumatlarını izləyir,hesab nömrə və unikal kodu təqdim edə bilir və yaranmış müvafiq suallara cavab verir;

  • Bankın daxili nizam-intizam qaydalarına və etik davranış normalarına daim riayət edir;

  • Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır;

  • Daim bankın imic və mənafeyini müdafiə edib qoruyur;

  • Bu Vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə Pərakəndə məhsullarının satışı departamentinə, filial müdirinə/ MXD-nın direktoruna məlumat verir;

  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl etmək.

Tələblər

  • Ali təhsil;

  • İş təcrübəsi - Bank sahəsində minimum 1 il;

  • Ünsiyyət qurmaq və satış bacarığı;

  • Riyazi biliklər;

  • Komandada işləmək bacarığı;

  • İş Yeri : Mərdəkan.

Necə Müraciət Etmək Olar

Yelo Bank ASC

Yelo Bank ASC

Finance

Yelo Bank Azərbaycanda fəaliyyət göstərən innovativ kommersiya banklarından biridir. Bank 1994-cü ildə “Nikoil Bank” adı ilə fəaliyyətə başlayıb və sonradan rebrendinq edilərək “Yelo Bank” adı altında müasir və rəqəmsal bankçılıq konsepsiyasına keçid edib. Yelo Bank fərdi və biznes müştəriləri üçün kredit, depozit, kart məhsulları, köçürmələr və digər maliyyə xidmətləri təqdim edir. Bank xüsusilə gənc və rəqəmsal yönümlü yanaşması ilə seçilir. “Yelo App” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn bank əməliyyatları, kredit sifarişi, ödənişlər və hesab idarəetməsi kimi xidmətlər rahat şəkildə təqdim olunur. Yelo Bank innovasiya, sürətli xidmət və müştəri təcrübəsini prioritet hesab edərək Azərbaycanın rəqəmsal bankçılıq sektorunda mövqeyini gücləndirməyə davam edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17483

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya