Ana Səhifə
Vakansiyalar
Marketinq, Reklam və PR
Rəqəmsal marketinq

Müştəri Loyallığı Departamentində “Marketing Manager”

Müştəri Loyallığı Departamentində “Marketing Manager”

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 14 may 2026

Təsvir

“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Marketing Manager” vəzifəsi üzrə aktiv vakansiya var.

Tələblər

  • Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznesin İdarəedilməsi ixtisasları üzrə);

  • Yaş həddi: 22–35;

  • Rus və İngilis dili bilikləri (ən azı orta səviyyədə olması arzuolunandır);

  • Marketinq meneceri və ya marketinq mütəxəssisi kimi minimum 2 il iş təcrübəsi;

  • Marketinq strategiyalarının hazırlanması və büdcənin formalaşdırılması və icrası bacarığı;

  • Yaradıcı düşünmə və innovativ yanaşma ilə ideyalar irəli sürmək bacarığı;

  • Rəqəmsal marketinq, mobil tətbiqlər və loyallıq proqramları üzrə biliklər (üstünlükdür);

  • Analitik düşüncə qabiliyyəti, araşdırma aparmaq bacarığı;

  • Güclü ünsiyyət və təqdimat bacarıqları;

  • Məsuliyyətli, dəqiq, etibarlı və nəticəyönümlü olmaq.

İş öhdəlikləri:

  • İllik marketinq planının hazırlanması və ona uyğun işlərinin həyata keçirilməsi;

  • Sadiqlik(loyallıq) proqramı çərçivəsində müştərilərin saxlanmasına təşviq edən müxtəlif proqramlar, kampaniyaların həyata keçirilməsi və marketinq strategiyasının, yol xəritəsinin hazırlanması;

  • Məqsədyönlü fəaliyyətləri inkişaf etdirmək üçün verilənlər bazasını araşdırmaq və təhlilini həyata keçirilməsi;

  • Təhlil və nəticələrə əsaslanan bazar tendensiyalarını müəyyən etmək, yaradıcı ideya və təkliflərin verilməsi, eləcə də cari layihələrdə tətbiq edilməsi;

  • Effektiv kampaniya strategiyalarını formalaşdırmaq üçün cari layihələrin hədəf kütləsini araşdıraraq, keçirilən kampaniyaların nəticələrini izləmək və qiymətləndirmək;

  • Sadiqlik proqramları üzrə rəqabətliliyin ölçülməsi;

  • Bazar tendensiyalarının izlənilməsi və hədəf auditoriyaya fokuslanmış Marketinq təkliflərinin hazırlanması;

  • Analizə əsasən optimizasiyaların aparılması,  hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;

  • Rəqəmsal marketinqdə trendlərin, yeniliklərin izlənilməsi və tətbiq edilməsi.

İş şəraiti:

  • Öyrədici və inkişafyönümlü iş mühiti;

  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi sənədləşmə;

  • İş qrafiki: həftədə 6 gün;

  • İş saatları:

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00

  • Şənbə: 10:00 – 17:00

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına, iş təcrübəsinə və tələblərə uyğunluğuna əsasən müəyyən edilir.

Müraciət qaydası:
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Marketing Manager” qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Business Insight International Research Group

Business Insight International Research Group

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13991

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya