Müştəri Əlaqələri Mütəxəssisi / Lead Manager
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 19 iyun 2026
Təsvir
Komandamızda bu fəlsəfəni paylaşan peşəkar axtarırıq.
Vəzifə öhdəlikləri:
Instagram və Facebook reklam kampaniyalarından CRM sisteminə daxil olan müştəri sorğularını operativ şəkildə emal etmək
Potensial müştərilərlə peşəkar və nəzakətli ünsiyyət qurmaq, ehtiyaclarını dəqiqləşdirmək
Müştərini Ağ Şəhərdəki şourumumuza randevu əsasında dəvət etmək və görüşü təşkil etmək
Şourumda müştərini qarşılayaraq satış prosesini aparmaq
CRM sistemində bütün ünsiyyət tarixçəsini, statusları və qeydləri vaxtında aparmaq
Aylıq KPI göstəricilərinə (zəng sayı, randevu sayı, konversiya, satış) nail olmaq
Tələblər
Azərbaycan və rus dillərində səlis ünsiyyət (ingilis dili üstünlükdür)
Xoş, inamlı və aydın səs tembri
Müştəri xidmətləri / satış sahəsində ən azı 1 il təcrübə
Nəticəyə yönəlmiş, intizamlı və məsuliyyətli iş yanaşması
Üstünlüklər:
CRM sistemləri ilə işləmə bacarığı
Premium seqment müştərilərlə işləmə təcrübəsi
İnteryer, dizayn və ya mebel sahəsində bilik
Biz təklif edirik:
Əmək haqqı**:** müsahibə əsasında müəyyən olunur (sabit + bonus sistemi)
Bakının ən prestijli ofis məkanlarından birində (Ağ Şəhər) iş şəraiti
Beynəlxalq səviyyəli İtalyan brendləri ilə birbaşa işləmək təcrübəsi
Şourumda mütəmadi olaraq keçirilən mühüm tədbirlər və təqdimatlar zamanı biznes elitası, dizaynerlər və yüksək çevrə ilə tanışlıq imkanı
Daxili təlimlər və peşəkar inkişaf imkanı
Mehriban və peşəkar komanda
İş haqqında məlumat:
Şirkət: Casa D'Arte – Bakıda eksklüziv İtalyan interyer şourumu
Ünvan: Raffle Tower, Ağ Şəhər, Bakı
İş günləri: Bazar ertəsi – Cümə (1-ci və 5-ci günlər)
İş saatları: 11:00 – 19:00
CV-nizi "Müştəri Əlaqələri Mütəxəssisi" mövzusu ilə qeyd olunan formu dolduraraq göndərin.
Əlaqə: +994 50 203 25 22
Necə Müraciət Etmək Olar
Casa D’Arte Team
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17786
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer