Müqavilələr və tenderlər üzrə menecer

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 28 mart 2026

Təsvir

  • Ali təhsil - Hüquq, Biznesin İdarə Olunması, Beynəlxalq əlaqələr, İqtisadiyyat  sahələrdən birində

  • MS Office bilikləri (Word, Excel, Outlook, Powerpoint);

  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;

  • 6 günlük iş həstəsi

  • Yaş: 30-45

  • Əmək haqqı razılaşma yolu ilə

Vəzifə öhdəlikləri:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;

  • Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması;

  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;

  • Tender sənədlərinin təmin edilməsi üçün struktur bölmələrlə düzgün koordinasiyanın təmin edilməsi;

  • Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi, yazışmaların və danışıqların aparılması;

  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;

  • Tender prosesi zamanı şirkətin təmsil olunması;

  • Tender proseslərinin gedişatı və nəticələri haqqında illik və aylıq hesabatların hazırlanması

  • Müqavilə danışıqlarının aparılması;

  • Müqaviləyə əlavələrin hazırlanması;

  • Müqavilələrinin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət;

  • Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;

  • Müqavilə yazışmalarının aparılması, mübahisəli məsələlərə baxılması;

  • Müqavilələrin reyesterinin aparılması.

  • Müqavilələrin elektron qeydiyyatını və arxivini təşkil etmək;

  • Müqavilələr üzrə texniki işlər, kargüzarlığın aparılması;

  • Müqavilələrin elektron reyestr sistemini mütəmadi olaraq yoxlamaq və yeniləmək;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde "Müqavilələr və tenderlər üzrə menecer" qeyd edərək CV-lərini göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11099

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya