Ana Səhifə
Vakansiyalar

Müqavilələr üzrə aparıcı mütəxəssis

Müqavilələr üzrə aparıcı mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 yanvar 2026

Son Tarix: 15 fevral 2026

Təsvir

  • Müqavilələrin, əlavə razılaşmaların hazırlanmasını, aidiyyatı üzrə bölmələrin toplanmasını təmin etmək;

  • Layihədə görülən işlər üzrə layihə müdirinin və (və ya) kommersiya rəhbərinin tələbi ilə iş təlimatlarının verilməsini, uyğunsuzluq aktlarının verilməsini, məktubların, bildirişlərin verilməsini təmin etmək, layihə müdiri tərəfindən bu məktubların icrasının nəzərdə saxlanması üçün töhfə vermək;

  • Müəssisələr tərəfindən təqdim edilmiş bank qarantiyalarının müqavilə əlavəsində olan bank qarantiyasına uyğun olmasının yoxlanması, əgər uyğun olarsa sənədin əslinin şirkətə göndərilməsini təmin etmək;

  • Göndərilən və ya qəbul edilən sənədlərin qeydiyyatının aparılmasına nəzarət etmək;

  • Daxili tender paketinin formalaşdırılması zamanı təqdim edilən kommersiya şərtlərinə uyğun düzgün müqavilə nümunəsinin təqdim edilməsi, müqavilə üçün zəruri olan bölmələrin təqdim edilməsində yardımçı olmaq;

  • Şirkətin iştirak etdiyi tenderlər zamanı təqdim edilmiş müqavilə nümunələrinin nəzərdən keçirilməsi və hüquqi cəhətdən riskli məqamların və maddələrin qeyd edilməsi, tender paketlərinin formalaşdırılması zamanı zəruri olan sənədlərin təqdim edilməsi üçün dövlət orqanları və digər aidiyyatı müəssisələrə müraciətlərin hazırlanması və sənədlərin müəyyən edilən vaxt çərçivəsində əldə edilməsinin təmin edilməsi;

  • Müqaviləyə əlavə və dəyişikliklərin hazırlanması, müqavilə dəyişikliyi qaydasına uyğun olaraq bu dəyişikliklərin həyata keçirilməsini təmin etmək;

  • Qarşı tərəfdən təqdim edilmiş müqavilə nümunələrinin analiz edilməsi və ehtiyaca uyğun hüquqi düzəlişlərin edilməsi;

  • Podratçı şirkətlər ilə bağlanmış müqavilə şərtlərinə qarşı tərəf riayət etməzsə layihə müdirinin göstərişi əsasında cərimə və digər təminat       tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;

  • Qarantiya müddətlərinin izlənməsi, daimi olaraq müddətin bitməsinə yaxın bu barədə məlumatların rəhbərliyə təqdim edilməsi və qarantiyalar barədə hesabatların hazırlanması və ;

  • Rəhbərlik tərəfindən verilən aidiyyəti göstərişləri təmin etmək və zəruri toplantılarda iştirak etmək;

  • Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;

  • Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;

  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil: İqtisadi, hüquq sahəsi üzrə;

  • İş təcrübəsi: Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;

  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilisi dili – yaxşı;

  • Kompüter bilikləri: MS Office.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

PMD Projects MMC

PMD Projects MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4314

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Kommersiya üzrə rəhbər

Tam Ştat

Layihələrin ehtimal büdcə (estimate budget) və xərc planlarının (cost plans) hazırlanması prosesinin təşkili və idarə olunması; Layihələrin iş qrafikinin hazırlanmasının və nəzarətinin təşkili; Layihələndirmə və tikinti mərhələlərində dəyərin idarə olunması (Value management); Layihələrin bütün mərhələlərində dəyişikliklərə nəzarət; Layihələndirmə və tikinti mərhələlərində zərurət yarandığı zaman mühəndis optimallaşdırması prosesini təşkil etmək (Value Engineering); Layihələrin strategiyasına uyğun olaraq, tender və satınalma paketinin hazırlanması prosesinin təşkili və prosesin icrasına cavabdeh olmaq; Müqavilələrin hazırlanması prosesinə imzaya qədər nəzarət və idarə etmək; Müqavilələrin imza prosesindən sonra icrasının nəzarətini təmin etmək (Contract Administration); Müqavilələrin ödəniş cədvəlinə nəzarət və idarə etmək; İmzalanmış müqavilələrin dəyişikliklərinin idarə olunması (post-contract stage change management and control); Layihələrin maliyyə axınları hesabatlarının hazırlanması prosesinə nəzarət və idarə etmək (Initial Cash flows Management); İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların rəhbərliyə təqdim edilməsi; Layihələrin Aralıq hesabatlarının hazırlanması (Interim Cost Reports); Layihələrin qazanılmış dəyərinin periodik təhlilini aparmaq (Earned Value Analysis); Layihə çərçivəsində podratçıların müqavilə üzrə ilkin və yekun təhvil-təslim prosesini təşkil etmək (Practical & Final Completion Certificates); Layihələrin kommersiya tərəfindən uğurlu olmasını təmin etmək; Layihələr üzrə Yekun Xərc və Qənaət Hesabatını hazır etmək və Layihə müdirinə təqdim etmək.

Baş elektrik mühəndisi

Tam Ştat

Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək; Layihələndirmədə elektrik sistemlərin məlumatlarını, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək; Layihələndirmədə elektrik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək; Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək; Layihənin tender prosesinə texniki dəstək vermək, elektrik sistemlərin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək; Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək; Layihələndirmədə elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək; Avadanlıq və materialların istehsalçı tərəfindən satış qiyməti üçün databazanın güncəl saxlanması Rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.