Mühəndis proqramlaşdırıcı / Hava Yolları Rəqəmsal Məhsullar Mərkəzi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 13 aprel 2026
Təsvir
İT layihələrinin gündəlik müşayiəti və koordinasiyası;
Layihə planlarının hazırlanmasına və yenilənməsinə dəstək;
Tapşırıqların icrasına nəzarət və statusların izlənməsi;
Layihə komandası ilə müntəzəm kommunikasiya və görüşlərin təşkili;
Scrum çərçivəsində sprint planlama, daily meeting, review və retrospective proseslərində iştirak;
Kanban board-un idarə olunması və iş axınının optimallaşdırılması;
Risklərin müəyyənləşdirilməsi və rəhbərliyə vaxtında məlumat verilməsi;
Maraqlı tərəflərlə (stakeholder) əlaqələrin koordinasiyası;
Layihə sənədlərinin hazırlanması və hesabatların təqdim edilməsi.
Tələblər
Təhsil səviyyəsi: Ali ( IT sahəsində);
IT sahəsində minimum 1-2 il iş təcrübəsi;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Təqdimat bacarıqlar;
Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
Danışıqların aparılması bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə);
Postman , Rest and SOAP API , XML, QA Manual Testing bilikləri – əla səviyyədə;
Proqramlaşdırma bilikləri arzuolunandır;
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (yüksək).
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12811
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+