Mühəndis proqramçı
Bakı,, Abşeron, rayounu,, Fatmayi, kendi
Tam Ştat
Orta Səviyyə
1.000 - 1.300 AZN
Yerləşdirilib 19 may 2026
Son Tarix: 24 iyun 2026
Təsvir
İstehsalat proseslərinə uyğun texniki layihələrin hazırlanmasını və proqramlaşdırılmasını həyata keçirmək;
SolidWorks, SolidCAM və oxşar CAD/CAM proqramlarında detal, qəlib və mexaniki hissələrin 2D və 3D modellərini hazırlamaq;
CNC dəzgahları üçün emal proqramlarının hazırlanmasını və optimallaşdırılmasını təmin etmək;
Frez, torna və digər istehsalat avadanlıqları üçün CAM əməliyyatlarını qurmaq və emal strategiyalarını hazırlamaq;
Texniki çertyojların, ölçülərin və istehsalat sənədlərinin hazırlanmasını təmin etmək;
İstehsalat zamanı yaranan texniki problemləri analiz etmək və proqram təminatı üzərindən həll yolları təqdim etmək;
Qəlib, metal hissə və mexaniki konstruksiyaların istehsalata uyğunluğunu yoxlamaq və optimallaşdırmaq;
CNC operatorları və istehsalat şöbəsi ilə koordinasiyalı işləyərək proqramların düzgün icrasını təmin etmək;
İstehsalat səmərəliliyinin artırılması və material itkisini azaltmaq məqsədilə texniki təkmilləşdirmələr təklif etmək;
İstehsalat avadanlıqlarının və proqram təminatlarının texniki sazlığını nəzarətdə saxlamaq;
Yeni texnologiyaların və istehsalat proqramlarının tətbiqi ilə bağlı araşdırmalar aparmaq;
Hazırlanmış layihələr və proqramlar üzrə texniki hesabatlar təqdim etmək
Tələblər
Mexanika, maşınqayırma, istehsalat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
SolidWorks, SolidCAM və oxşar CAD/CAM proqramlarında işləmək bacarığı;
CNC proqramlaşdırılması və istehsalat prosesləri üzrə biliklər;
Texniki çertyojları oxuma və hazırlamaq bacarığı;
Metal emalı və istehsalat texnologiyaları üzrə biliklər;
Analitik düşünmə və texniki problemləri həll etmə bacarığı;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.
İş şərtləri
İş qrafiki: 5 iş günü (08:00 – 17:00)
Əmək haqqı: 1,000 – 1,300 AZN (təcrübə və bacarıqlara uyğun olaraq dəyişə bilər)
İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi
Mail: hr@azprom.az
Əlaqə nömrəsi: 050-231-12-06 HR
Necə Müraciət Etmək Olar
AZPROM
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16766
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə