Ana Səhifə
Vakansiyalar

Elektrik mühəndisi

Elektrik mühəndisi

Bakı,, Abşeron, rayounu,, Fatmayi, kendi

Tam Ştat

Orta Səviyyə

800 - 1.000 AZN

Yerləşdirilib 19 may 2026

Son Tarix: 24 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri

  • Müəssisənin elektrik sistemlərinin, avadanlıqlarının və enerji təchizatı xətlərinin layihələndirilməsi, quraşdırılması və texniki istismarına nəzarət etmək;

  • İstehsalat sahəsində istifadə olunan elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək;

  • Elektrik şitləri, avtomatika sistemləri, mühərriklər, sensorlar və idarəetmə panellərinin sazlanması və texniki xidmətini həyata keçirmək;

  • Elektrik nasazlıqlarını operativ şəkildə diaqnostika etmək və aradan qaldırmaq;

  • Yeni elektrik xətlərinin çəkilməsi, kabel marşrutlarının təşkili və avadanlıqların qoşulmasını təmin etmək;

  • Elektrik yüklərinin hesablanmasını və enerji sərfiyyatının optimallaşdırılmasını həyata keçirmək;

  • PLC, inverter və sənaye avtomatlaşdırma sistemləri ilə bağlı texniki işlərdə iştirak etmək;

  • Texniki çertyoj, elektrik sxemləri və layihə sənədlərini oxumaq və hazırlamaq;

  • İstehsalat avadanlıqlarının preventiv texniki baxış planlarını hazırlamaq və icrasına nəzarət etmək;

  • Elektrik təhlükəsizliyi qaydalarına və əməyin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərmək;

  • İstehsalat prosesində yaranan texniki problemlərin həlli üçün digər şöbələrlə koordinasiyalı işləmək;

  • Görülmüş işlər və texniki vəziyyət barədə rəhbərliyə hesabat təqdim etmək.

Tələblər

  • Elektrik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;

  • Elektrik sistemləri və sənaye avadanlıqları üzrə texniki biliklər;

  • Elektrik sxemlərini və texniki çertyojları oxuma bacarığı;

  • PLC, avtomatika və sənaye elektrik sistemləri üzrə biliklər üstünlükdür;

  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;

  • Analitik düşünmə və texniki problemləri operativ həll etmə bacarığı;

  • MS Office və texniki proqramlarda işləmək bacarığı.

İş şərtləri

  • İş qrafiki: 5 iş günü (08:00 – 17:00)

  • Əmək haqqı: 800 – 1,000 AZN (təcrübə və bilik səviyyəsinə uyğun olaraq dəyişə bilər)

İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi

**Əlaqə nömrəsi:**050-231-12-06 HR

**Mail:**hr@azprom.az

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16765

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Mühəndis proqramçı

Tam Ştat

İstehsalat proseslərinə uyğun texniki layihələrin hazırlanmasını və proqramlaşdırılmasını həyata keçirmək; SolidWorks, SolidCAM və oxşar CAD/CAM proqramlarında detal, qəlib və mexaniki hissələrin 2D və 3D modellərini hazırlamaq; CNC dəzgahları üçün emal proqramlarının hazırlanmasını və optimallaşdırılmasını təmin etmək; Frez, torna və digər istehsalat avadanlıqları üçün CAM əməliyyatlarını qurmaq və emal strategiyalarını hazırlamaq; Texniki çertyojların, ölçülərin və istehsalat sənədlərinin hazırlanmasını təmin etmək; İstehsalat zamanı yaranan texniki problemləri analiz etmək və proqram təminatı üzərindən həll yolları təqdim etmək; Qəlib, metal hissə və mexaniki konstruksiyaların istehsalata uyğunluğunu yoxlamaq və optimallaşdırmaq; CNC operatorları və istehsalat şöbəsi ilə koordinasiyalı işləyərək proqramların düzgün icrasını təmin etmək; İstehsalat səmərəliliyinin artırılması və material itkisini azaltmaq məqsədilə texniki təkmilləşdirmələr təklif etmək; İstehsalat avadanlıqlarının və proqram təminatlarının texniki sazlığını nəzarətdə saxlamaq; Yeni texnologiyaların və istehsalat proqramlarının tətbiqi ilə bağlı araşdırmalar aparmaq; Hazırlanmış layihələr və proqramlar üzrə texniki hesabatlar təqdim etmək Tələblər Mexanika, maşınqayırma, istehsalat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil; SolidWorks, SolidCAM və oxşar CAD/CAM proqramlarında işləmək bacarığı; CNC proqramlaşdırılması və istehsalat prosesləri üzrə biliklər; Texniki çertyojları oxuma və hazırlamaq bacarığı; Metal emalı və istehsalat texnologiyaları üzrə biliklər; Analitik düşünmə və texniki problemləri həll etmə bacarığı; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi. İş şərtləri İş qrafiki: 5 iş günü (08:00 – 17:00) Əmək haqqı: 1,000 – 1,300 AZN (təcrübə və bacarıqlara uyğun olaraq dəyişə bilər) İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi Mail: hr@azprom.az Əlaqə nömrəsi:  050-231-12-06 HR

Bakı,, Abşeron, rayounu,, Fatmayi, kendi

Çilingər

Tam Ştat

İstehsalatda istifadə olunan mexaniki avadanlıqların, istehsal xətlərinin, əl alətlərinin və sənaye qurğularının təmirini və texniki xidmətini həyata keçirmək; Mexaniki nasazlıqları operativ şəkildə müəyyən etmək, diaqnostika aparmaq və avadanlıqların işlək vəziyyətini bərpa etmək; Zəruri hallarda nasaz hissələrin dəyişdirilməsini, sazlanmasını və yenilənməsini təmin etmək; Avadanlıqların fasiləsiz və uzunömürlü işləməsi məqsədilə planlı texniki baxış və profilaktik xidmət işlərini yerinə yetirmək; Mexaniki qurğuların və istehsalat avadanlıqlarının montajı zamanı hissələrin düzgün, təhlükəsiz və texniki tələblərə uyğun quraşdırılmasını təmin etmək; Qəliblərin, metal hissələrin və mexaniki komponentlərin təmiri, bərpası və sazlanması işlərini icra etmək; İstehsalatda istifadə olunan materialların, ehtiyat hissələrinin və alətlərin mövcudluğunu nəzarətdə saxlamaq; Lazımi ehtiyat hissələri və texniki materiallarla bağlı tələbləri vaxtında rəhbərliyə təqdim etmək; Təmir və dəyişdirmə işləri zamanı keyfiyyətli və standartlara uyğun materiallardan istifadə olunmasına nəzarət etmək; Görülmüş təmir işləri, istifadə olunan materiallar və aşkar edilmiş nasazlıqlarla bağlı texniki məlumat və hesabat təqdim etmək;İstehsalat prosesində yaranan mexaniki problemlərin aradan qaldırılması üçün digər şöbə və əməkdaşlarla koordinasiyalı işləmək; Müəssisədaxili texniki təhlükəsizlik, əməyin mühafizəsi və istehsalat prosedurlarına uyğun fəaliyyət göstərmək;İstehsalat prosesinin dayanıqlı və səmərəli təşkili üçün texniki təkmilləşdirmə və optimallaşdırma təklifləri vermək. İş şərtləri: İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək Əmək haqqı: 800-1,000 (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər) İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi Mail: hr@azprom.az Əlaqə nömrəsi:  050-231-12-06 HR

Bakı,, Abseron, rayonu,, Fatmayi, kendi

Mühəndis konstruktor

Tam Ştat

Vəzifə öhdəlikləri Metal qəliblərin (pres qəlibləri, formalar, kəsici və formalaşdırıcı alətlər və s.) konstruktiv layihələndirilməsini həyata keçirmək. Qəlib və metal konstruksiyaların SolidWorks proqramı vasitəsilə 2D və 3D modellərinin hazırlanmasını təmin etmək. Qəliblərin texniki çertyojlarını, ölçülərini, toleranslarını və yığma sxemlərini istehsal tələblərinə uyğun şəkildə hazırlamaq. İstehsal prosesinə uyğun olaraq material seçimi, mexaniki möhkəmlik və istismar davamlılığı üzrə texniki hesablamalar aparmaq. Qəliblərin istehsalat prosesində tətbiqi zamanı yaranan texniki problemləri təhlil etmək və konstruktiv həllər təklif etmək. İstehsalat, texnologiya və mexanika şöbələri ilə sıx əməkdaşlıq edərək konstruktiv həllərin praktik icrasını təmin etmək. Qəliblərin optimallaşdırılması, istehsal xərclərinin azaldılması və istehsalat səmərəliliyinin artırılması məqsədilə təkmilləşdirmə təklifləri vermək. Qəliblərin sınaqdan keçirilməsi mərhələsində iştirak etmək, sınaq nəticələrinə əsasən konstruktiv dəyişikliklər aparmaq. Qəliblərin texniki standartlara, təhlükəsizlik və keyfiyyət tələblərinə uyğunluğunu təmin etmək. Layihələr üzrə vaxt qrafikinə əməl olunmasına nəzarət etmək və görülən işlər barədə rəhbərliyə hesabatlar təqdim etmək.

Bakı,, Fatmayı, kəndi