Mühəndis konstruktor
Bakı,, Fatmayı, kəndi
Tam Ştat
Orta Səviyyə
800 - 1.200 AZN
Yerləşdirilib 28 dekabr 2025
Son Tarix: 4 fevral 2026
Təsvir
Vəzifə öhdəlikləri
Metal qəliblərin (pres qəlibləri, formalar, kəsici və formalaşdırıcı alətlər və s.) konstruktiv layihələndirilməsini həyata keçirmək.
Qəlib və metal konstruksiyaların SolidWorks proqramı vasitəsilə 2D və 3D modellərinin hazırlanmasını təmin etmək.
Qəliblərin texniki çertyojlarını, ölçülərini, toleranslarını və yığma sxemlərini istehsal tələblərinə uyğun şəkildə hazırlamaq.
İstehsal prosesinə uyğun olaraq material seçimi, mexaniki möhkəmlik və istismar davamlılığı üzrə texniki hesablamalar aparmaq.
Qəliblərin istehsalat prosesində tətbiqi zamanı yaranan texniki problemləri təhlil etmək və konstruktiv həllər təklif etmək.
İstehsalat, texnologiya və mexanika şöbələri ilə sıx əməkdaşlıq edərək konstruktiv həllərin praktik icrasını təmin etmək.
Qəliblərin optimallaşdırılması, istehsal xərclərinin azaldılması və istehsalat səmərəliliyinin artırılması məqsədilə təkmilləşdirmə təklifləri vermək.
Qəliblərin sınaqdan keçirilməsi mərhələsində iştirak etmək, sınaq nəticələrinə əsasən konstruktiv dəyişikliklər aparmaq.
Qəliblərin texniki standartlara, təhlükəsizlik və keyfiyyət tələblərinə uyğunluğunu təmin etmək.
Layihələr üzrə vaxt qrafikinə əməl olunmasına nəzarət etmək və görülən işlər barədə rəhbərliyə hesabatlar təqdim etmək.
Tələblər
Müvafiq sahə üzrə Ali təhsil;
SolidWorks və ya oxşar CAD proqramlarında işləmək bacarığı;
Müvafiq iş təcrübəsi: 5 ildən çox.
İş şərtləri
**İş qrafiki:**5 iş günü (08:00 – 17:00)
Əmək haqqı: 800 – 1,200 AZN (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)
**İş yeri:**Abşeron rayonu, Fatmayı kəndi
Əlaqə nömrəsi / WhatsApp: 📞📱 050-231-12-06 (HR)
Email: hr@azprom.az
Daha çox Müxtəlif vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
AZPROM
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3679
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə