Baş mühasib
Bakı,, Fatmayı, kəndi
Tam Ştat
Orta Səviyyə
1.500 - 2.000 AZN
Yerləşdirilib 28 dekabr 2025
Son Tarix: 4 fevral 2026
Təsvir
Vəzifə öhdəlikləri
Müəssisədə mühasibat uçotunun qanunvericiliyə və beynəlxalq mühasibat standartlarına uyğun şəkildə aparılmasını təmin etmək.
Maliyyə-təsərrüfat əməliyyatlarının tam, düzgün və vaxtında uçota alınmasına nəzarət etmək.
İlkin mühasibat sənədlərinin (hesab-fakturalar, qaimələr, müqavilələr, bank sənədləri və s.) düzgün tərtib olunmasına və uçotda əks etdirilməsinə nəzarət etmək.
Vergi uçotunun aparılmasını təmin etmək, vergi hesabatlarının (ƏDV, mənfəət vergisi, gəlir vergisi və s.) vaxtında və düzgün hazırlanaraq təqdim olunmasına nəzarət etmək.
Maliyyə, mühasibat və vergi hesabatlarının (balans, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı və s.) hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək.
Müəssisənin maliyyə vəziyyətinin təhlilini aparmaq, xərclərin optimallaşdırılması və gəlirliliyin artırılması üzrə təkliflər hazırlamaq.
Büdcənin hazırlanmasında iştirak etmək, büdcə icrasına nəzarət etmək və maliyyə intizamını təmin etmək.
Bank əməliyyatlarına, kreditlərə, valyuta əməliyyatlarına və hesablaşmalara nəzarət etmək.
Debitor və kreditor borclarının uçotunu aparmaq və vaxtında bağlanmasına nəzarət etmək.
Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin qanunvericiliyə uyğun hesablanmasını və ödənilməsini təmin etmək.
Mühasibatlıq əməkdaşlarının işini təşkil etmək, onların fəaliyyətinə nəzarət etmək və peşəkar inkişafını təmin etmək.
Mühasibat proqramlarının (1C) düzgün və səmərəli istifadəsinə nəzarət etmək.
Tələblər
Ali təhsili;
PMS sertifikatı mütləqdir;
3–5 il müvafiq iş təcrübəsi.
İş şərtləri
**İş qrafiki:**5 iş günü (08:00 – 17:00)
Əmək haqqı: 1,500 – 2,000 AZN (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)
**İş yeri:**Abşeron rayonu, Fatmayı kəndi
Əlaqə nömrəsi / WhatsApp: 📞📱 050-231-12-06 (HR)
Email: hr@azprom.az
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
AZPROM
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3677
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə