Ana Səhifə
Vakansiyalar

Mühəndis (Balaxanı ərazisi)

Mühəndis (Balaxanı ərazisi)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 8 may 2026

Təsvir

  • Alüminium fasad sistemləri (Curtain wall, structural glazing, qapı-pəncərə sistemləri);

  • Şüşə emalı texnologiyası, CNC və avtomatik kəsmə sistemləri, Fasad montaj prinsipləri;

  • Material xüsusiyyətləri: Alüminium profillər, Temperli və laminat şüşə, Silikon və fasad aksesuarları;

  • Layihədən material çıxarma (BOQ – Bill of Quantity), Kost hesablaması, profil, şüşə, aksesuar, işçilik, Tender və qiymət təklifi hazırlamaq, Excel və ya ERP proqramı ilə smeta hazırlamaq, Normativ sərfiyyat hesabı;

  • CNC xəttlərinin iş planını qurmaq, maşınların istehsal optimizasiyası, istehsalın bottleneck (dar boğaz) analizini etmək, profil və şüşə optimizasiya proqramları ilə kəsim planı;

  • Gündəlik istehsal planı, sifariş prioritetləri, material stokuna nəzarət və istehsal vaxtı hesabı;

  • Ölçü dəqiqliyi, montaj uyğunluğu, fasad sistem standartları, sızdırmazlıq və təhlükəsizlik;

  • PLC və maşın interfeysinin əsasları, sensor və avtomatik sistemlər, istehsal məlumatlarının analizi

Tələblər

  • Təhsil: Ali;

  • İş təcrübəsi: Fasad sahəsində 5-7 il təcrübə, İstehsal və smetanı bilmək, CNC xəttləri ilə işləməyi bacarmaq;

  • Dil bilikləri: Azərbaycan dili, İngilis dili (texniki səviyyə), Alman dilini bilmək üstünlükdür;

  • Kompüter bilikləri; AutoCad, Excel (yüksək səviyyə), Fasad proqramları, Logikal, Orgadata, Klaes, CNC proqramları, maşın interfeysləri

İş şəraiti:

  • İş yeri: Bakı Alüminium Profillər Zavodu (Balaxanı ərazisi);

  • İş qrafiki: 6 gün, saat 08:00-17:00, Şənbə günü qısa iş günü;

  • İstirahət: Bazar günü.

Biz nə təklif edirik:

  • Qidalanma şirkət tərəfindən təmin edilir;

  • Nəqliyyat şirkət tərəfin təmin edilir;

  • Rəqabətli əmək haqqı;

  • Dinamik və gənc komanda ilə iş imkanı.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13325

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya