Mühasibatlıq və proqnozlaşdırma şöbəsinin müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 13 mart 2026
Təsvir
Vəzifəyə olan tələblər:
Ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və ya kredit);
ACCA üzrə F3,F7 və ya Dipifr sertifikatlarının olması mütləqdir;
Maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı;
Vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməli;
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını İFRS bilməli (mütləq);
1C Proqramı üzrə mükəmməl biliklər;
Azərbaycan, Rus və İngilis dillərini bilməsi;
Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun beynəlxalq standartlara (İFRS) və yerli qanunvericiliyə uyğun təşkilini həyata keçirmək;
Vergilərin və DSMF ayırmalarının düzgün hesablanılması və vaxtında dövlət büdcəsinə köçürülməsi;
Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
Növbəti il üçün büdcənin tərtibi və icrasına nəzarət;
Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük, aylıq hesabatların hazırlanması;
Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
Əmək haqların və digər ödəmələrin (o cümlədən, ezamiyyə xərclərinin) düzgün hesablanmasını və vaxtında ödənilməsini, həmçinin vergi və digər tutulmaların düzgün hesablanaraq vaxtında aidiyyəti üzrə ödənilməsini təmin etmək;
Ödənişləri nəzarətdə saxlamaq;
Vəzifə tələblərindən irəli gələn işlərin icrası.
Namizədlər göstərilən link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Necə Müraciət Etmək Olar
Azericard
Finance
AzeriCard (Azərikard MMC) — Azərbaycanın bank sektorunda ödəniş kartları üzrə xidmətlər göstərən ilk və ən böyük prosessinq mərkəzlərindən biridir. Şirkət 1996-cı ildən fəaliyyət göstərir və bank kartları ilə aparılan əməliyyatların emalı, idarə edilməsi və təhlükəsiz şəkildə həyata keçirilməsi üzrə ixtisaslaşıb. “Azərikard” MMC eyni zamanda Visa, MasterCard, American Express, Diners Club, UnionPay və JCB kimi beynəlxalq ödəniş sistemləri tərəfindən sertifikatlaşdırılmış prosessinq mərkəzi kimi tanınır və həm Azərbaycanda, həm də ölkə xaricində bir sıra banklara prosessinq xidmətləri göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8524
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500