Mühasibatlıq və Hesabatlıq üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 dekabr 2025
Son Tarix: 23 yanvar 2026
Təsvir
Bu vəzifə mühasibat uçotu və idarəetmə hesabatlığını əhatə edir. İdeal namizəd etibarlı, analitik düşüncəli olmalı və strukturlaşdırılmış maliyyə mühitində həm müstəqil, həm də komanda şəklində effektiv işləyə bilməlidir. Namizəd PASHA Real Estate Group çərçivəsində yaşayış mənzillərinin satışı üzrə layihələrdən birinə cavabdeh olacaqdır.
Mühasibat uçotu funksiyası: Gündəlik əməliyyatların uçotunun aparılması və bütün maliyyə əməliyyatları üzrə dəqiq və aktual qeydlərin saxlanılması. Ay sonu mühasibatlıq prosedurlarının icrası, o cümlədən uzlaşmaların (reconciliation) və mühasibat yazılışlarının (journal entries) hazırlanması. Yerli mühasibat prinsiplərinə və maliyyə hesabatı standartlarına uyğun olaraq maliyyə əməliyyatlarının təsnifləşdirilməsi və ümumiləşdirilməsi prosesində hesabatlıq komandasına dəstək göstərilməsi.
Daxili hesabatlıq**:** Daxili maraqlı tərəflər üçün vaxtında və dəqiq aylıq idarəetmə hesabatlarının hazırlanması və təqdim edilməsi. Daxili qərarların qəbulunda istifadə olunan maliyyə məlumatlarının ardıcıllığının və etibarlılığının təmin edilməsi. Dövri təqdimatların və icmal maliyyə panellərinin (dashboard) hazırlanmasında iştirak.
Büdcələşdirmə və maliyyə nəzarəti: Şöbə rəhbərləri ilə sıx əməkdaşlıq şəraitində illik büdcə və proqnozlaşdırma prosesinə dəstək göstərilməsi. Faktiki nəticələrlə büdcə/proqnozlar arasında kənarlaşmaların təhlili və əsas səbəblər üzrə aydın izahatların verilməsi. Xərclərin büdcəyə uyğunluğunun monitorinqi və kənarlaşmalar üzrə izləmə aparılması.
Tələblər
Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi.
İdarəetmə hesabatları, büdcələşdirmə və ya maliyyə nəzarəti sahələrində 2–3 il iş təcrübəsi.
MS Excel və MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
Detallara diqqət yetirən, analitik və məntiqi düşünmə, proses intizamı.
Xüsusilə funksiyalararası əməkdaşlıqda güclü ünsiyyət və interpersonal bacarıqlar.
Komanda məqsədlərini dəstəkləməklə yanaşı, tapşırıqları müstəqil şəkildə idarəetmə bacarığı.
Azərbaycan və İngilis dillərində sərbəst bilik; Rus dili üstünlükdür.
COINS ERP və ya oxşar korporativ sistemlərlə iş təcrübəsi üstünlükdür.
ACCA kvalifikasiyası (davam edən və ya tamamlanmış) üstünlükdür.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Pasha Real Estate
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3779
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə