Mühasibatlıq mütəxəssisi
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 29 aprel 2026
Son Tarix: 29 may 2026
Təsvir
Vəzifə öhdəlikləri
Gündəlik maliyyə əməliyyatlarının — mədaxil və məxaric əməliyyatlarının uçotunun aparılması;
Bank əməliyyatlarının işlənməsi və bank rekonsilyasiyasının aparılması;
Mal-material hərəkətinin ERP sistemində qeydiyyatının aparılması;
İlkin mühasibat sənədlərinin hazırlanması və sistemə daxil edilməsi;
Debitor və kreditor borcların uçotunun aparılması;
Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi;
Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün icra edilməsi.
Tələblər
Mühasibat sahəsində minimum 1 il iş təcrübəsi;
1C və ya digər ERP sistemləri ilə işləmə bacarığı;
MS Excel üzrə yaxşı biliklər — minimum SUMIF, VLOOKUP səviyyəsi;
Gündəlik mühasibat əməliyyatları üzrə praktiki bilik;
Analitik düşüncə və detallara diqqət;
Məsuliyyətli, dəqiq və operativ işləmə bacarığı;
Komandada işləmək bacarığı.
İş şəraiti
İş qrafiki: 6 günlük iş rejimi, 09:00 – 18:00 (tam iş günü)
İş yeri: Ziya Bünyadov 542 Behrud Inşaat Bakı / Nərimanov rayonu
Məşğulluq: Rəsmi əmək müqaviləsi
Əmək haqqı: müsahibə əsasında
Maraqlanan namizədlər CV-lərini mövzu yerində “Mühasib” qeyd etməklə göndərə bilərlər. CV-nizi qeyd olunan elektron poçt ünvanına göndərin.
Qeyd: CV-siz müraciətlərə baxılmır. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Ulus MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15491
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə