Mühasibat təcrübə proqramı
Təcrübə
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 yanvar 2026
Son Tarix: 19 fevral 2026
Təsvir
Öyrəniləcək əməliyyatlar:
Gündəlik əməliyyatların 1C proqramına daxil edilməsi;
Bank hesablarına nəzarət və ödənişlərinin icra edilməsi;
Alış (idxal) və satış əməliyyatlarının icrası;
Elektron qaimələrin hazırlanması və onlayn kargüzarlığa nəzarət;
Rəhbərlik tərəfindən verilən digər iş tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər
Mühasibat uçotu, vergi, iqtisadiyyat və ya maliyyə sahəsində ali təhsil almış məzunlar və magistratura tələbələri;
MS Office (Xüsusilə Excel) proqramları üzrə biliklərə sahib olmaq;
Azərbaycan dilini yüksək səviyyədə, ingilis dilini orta səviyyədə bilmək (Rus dili arzuolunandır);
Həvəsli və məsuliyyətli;
Təcrübə müddətində sizə veriləcək təminatlar:
Mühasibatlıq sahəsində geniş təcrübə;
Korporativ mühitdə peşəkar inkişaf imkanı;
Mentor dəstəyi – Hər bir təcrübəçiyə təcrübəli mütəxəssislər tərəfindən mentorluq edilməsi imkanı;
Ödəniş – Təcrübə müddətində nahar və nəqliyyat xərcləri üçün ödəniş edilməsi imkanı;
Təcrübə Poqram Strukturu:
Təcrübə müddəti 3 aydır (zərurət olduqda 1 aya qədər artırıla bilər).
Proqram çərçivəsində iş prosesləri öyrədilir.
Hər təlimin sonunda iştirakçılar imtahan verirlər və yekun qiymətləndirmədən uğurla keçən təcrübəçilər işə qəbul edilir.
CV-nizi qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mühasibat təcrübə proqramı yazıb göndərməklə müraciət edə bilərsiniz.
Necə Müraciət Etmək Olar
Superfon
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5772
İş Növü
Təcrübə
Təcrübə Səviyyəsi
Orta Səviyyə