Mühasib təcrübəçi

Bakı

Təcrübə

Orta Səviyyə

300 AZN-dən

Yerləşdirilib 28 fevral 2026

Son Tarix: 7 aprel 2026

Təsvir

C&S Group şirkəti mühasibatlıq üzrə inkişaf etmək istəyən namizədlər üçün təcrübə proqramı elan edir!

İş şərtləri:

  • AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;

  • Təcrübə proqramı ödənişlidir (şirkət tərəfindən təcrübəçiyə minimal əmək haqqı ödəniş olunur);

  • Peşəkar mentor dəstəyi ilə real iş mühiti və praktiki öyrənmə;

  • İş qrafiki: bazar ertəsi - cümə (09:00 dan-18:00 dək), nahar 13:00 dan-14:00 dək;

  • Şirkət fəaliyyəti: mühasibatlıq və maliyyə, HR və hüquqi xidmətlər üzrə konsaltinq;

  • Ünvan: Səbail ray., Zərifə Əliyeva 111, Yeni Hayat Plaza;

  • Təcrübə proqramını müvəffəqiyyətlə tamamlayan təcrübəçilər şirkətimizdə işlə təmin olunma şansı qazanacaq.

Maraqlanan əməkdaşlardan cv-lərini “Təcrübəçi” başlığı altında office@csgroup.az elektron ünvanına göndərməsi xahiş olunur. Seçimlər yanlız email ünvanına göndərilən cv-lər əsasında aparılır.

İş haqqında

  • İqtisad Universitetinin məzunlarına və ya magistratura pilləsi üzrə təhsil alan tələbələrə üstünlük verilir;

  • Mühasibatlıq üzrə təlimlərdə iştirakı arzuolunandır;

  • Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmə bacarığı;

  • İşləri operativ şəkildə təhlil bacarığı;

  • Peşəsinə yüksək motivasiya ilə yanaşma;

  • Fərdi və komanda da işləmə bacarığı;

  • Səbrli, məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti;

  • Ünsiyyət qurma və səlis danışıq qabilliyyəti;

  • Azərbaycan və rus dili əla səviyyədə, ingilis dili arzuolunandır;

  • Yaş həddi: 22-30.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9949

İş Növü

Təcrübə

Təcrübə Səviyyəsi

Orta Səviyyə