Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Mühasibat

Mühasib (Təcrübə proqramı / Junior Accountant)

Mühasib (Təcrübə proqramı / Junior Accountant)

Tam Ştat

Başlanğıc Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 30 mart 2026

Son Tarix: 19 aprel 2026

Təsvir

İş şəraiti

  • İş yeri: Bakı, 8 noyabr prospekti, Blue ofis

  • İş rejimi: Tam iş günü

  • Əmək haqqı: minimum əmək haqqı

Vakansiya haqqında:

  • Şirkətimiz mühasibatlıq sahəsində karyeraya başlamaq istəyən, yeni məzun və ya az təcrübəli namizədlər üçün təcrübə proqramı elan edir. Təcrübə müddəti ərzində namizədlər praktiki biliklər əldə edəcək və proqramı uğurla başa vuran şəxslər daimi işlə təmin olunacaqlar.

Əsas vəzifələr:

  • İlkin mühasibat sənədlərinin hazırlanmasında iştirak

  • Hesab-fakturaların və ödəniş sənədlərinin işlənməsi

  • Mühasibat proqramlarında məlumatların daxil edilməsi

  • Vergi və maliyyə hesabatlarının hazırlanmasında dəstək

  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası

Tələblər

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil (yeni məzunlara üstünlük verilir)

  • Mühasibatlığa maraq və öyrənməyə həvəs

  • MS Office proqramlarında ilkin biliklər

  • Məsuliyyətli, dəqiq və operativ olmaq

  • İngilis və rus dilləri arzu olunandır

Təklif edirik:

  • 3-6 aylıq təcrübə proqramı

  • Praktiki bilik və peşəkar inkişaf imkanı

  • Təcrübə müddəti sonunda işlə təmin olunma imkanı

  • Mehriban və peşəkar komanda mühiti

Maraqlanan namizədlərdən CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu (subject) hissəsində müraciət etdikləri vakansiyanın adını qeyd etmələri xahiş olunur. Əlaqə nömrəsi: +994554148782

Email - shahla.maharramova@ismikhanli.az

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12087

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Başlanğıc Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Əməliyyatlar üzrə kiçik mütəxəssis (təcrübə programı-kadrlar, gömrük və təchizat üzrə)

Tam Ştat

İş şəraiti İş yeri: Bakı, 8 noyabr prospekti, Blue ofis. İş rejimi: Tam iş günü Əmək haqqı: minimum əmək haqqı Qeyd - Oğlan namizədlər müraciət etsin. Vakansiya haqqında: İnsan resursları, gömrük və təchizat sahəsində inkişaf etmək istəyən yeni məzun və ya az təcrübəli namizədlər üçün təcrübə proqramı elan olunur. Proqram müddətində namizədlər iş prosesləri ilə yaxından tanış olacaq və uğurlu nəticə göstərənlər işlə təmin ediləcəklər. Əsas vəzifələr: Müqavilə, sifariş və digər əməliyyat sənədlərinin hazırlanmasına dəstək olmaq Kadr işləri üzrə ilkin sənədləşmədə (işə qəbul, əmək müqavilələri və s.) iştirak etmək Daxili hesabatların hazırlanmasına və məlumatların sistemləşdirilməsinə kömək etmək Şirkətin təchizat prosesində iştirak etmək, satınalma sorğularını hazırlamaq və təkliflərin toplanmasına dəstək olmaq Təchizatçılarla ilkin əlaqələrin qurulması və yazışmaların aparılması Gömrük rəsmiləşdirilməsi prosesində əlaqələndirmə və sənəd dövriyyəsində iştirak etmək Kadr işləri üzrə ilkin sənədləşmədə (işə qəbul, əmək müqavilələri və s.) iştirak etmək Daxili hesabatların hazırlanmasına və məlumatların sistemləşdirilməsinə kömək etmək Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün icra etmək