Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Mühasibat

Mühasib-operator üzrə təcrübəçi

Mühasib-operator üzrə təcrübəçi

Təcrübə

Orta Səviyyə

200 AZN-dən

Yerləşdirilib 19 fevral 2026

Son Tarix: 18 mart 2026

Təsvir

Şirkətimiz “Mühasib-operator üzrə təcrübəçi” vəzifəsi üzrə təcrübə proqramını elan edir! Mühasibatlıq sahəsində təcrübə qazanmaq və biliklərini artırmaq istəyən namizədləri komandamıza dəvət edirik.

İş barədə məlumatlar:

  • Təcrübə ödənişlidir: 200-300 AZN;

  • 5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri;

  • Nahar şirkət tərəfindən verilir;

  • Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz.

Vəzifə öhdəlikləri:

  • Mühasibatlıq bölməsinə gündəlik işlərdə dəstək vermək;

  • Mühasibat sənədlərinin hazırlanması və arxivləşdirilməsi;

  • Daxili mühasibatlıq işlərinində yardım (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və s.);

  • Dövlət portalları (e-fov, vergi sistemi və s.) ilə işin öyrənilməsi və tətbiqi;

  • E-qaimə fakturalarının yazılması;

  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi.

Tələblər

  • Maliyyə, mühasibat və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil;

  • Vergi və mühasibat uçotu haqqında ümumi biliklər;

  • Universiteti yeni bitirən yalnız xanım namizədlərə üstünlük veriləcəkdir;

  • İş təcrübəsi tələb olunmur;

  • Xarici dillər: Rus dili mütləqdir, ingilis dili bilənlərə üstünlük veriləcəkdir;

  • MS Ofis proqramları üzrə baza bilikləri (xüsusilə Excel);

  • Ünsiyyət və komandada işləmə bacarığı;

  • Öyrənmə və inkişaf etməyə motivasiya;

  • Dəqiq və məsuliyyətli.

Proqram çərçivəsində təqdim olunur:

  • Mühasibatlıq sahəsində praktiki bilik və bacarıqların əldə edilməsi;

  • Real iş mühiti və sənəd dövriyyəsi ilə tanışlıq;

  • Təcrübə müddətini uğurlu keçən namizədlər işlə təmin olunacaqdır.

Maraqlanan şəxslər CV-lərini göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Mühasib-operator üzrə təcrübəçi” qeyd etməklə göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9262

İş Növü

Təcrübə

Təcrübə Səviyyəsi

Orta Səviyyə