Mühasib (Konsalting)

Tam Ştat

Orta Səviyyə

800 AZN-dən

Yerləşdirilib 10 fevral 2026

Son Tarix: 9 mart 2026

Təsvir

“EastTrade” MMC şirkəti “Mühasib (Konsalting)” vakansiyası elan edir.

İş şəraiti:

  • İş qrafiki həftə içi 5 gün 09:00-dan 18:00-dək.

  • İş yeri: Babek, Kmaran Əfkari 19q

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

  • Əmək haqqı: 800-850 AZN.

Tələblər

  • Təhsil: Ali təhsil;

  • Xanım namizədlər ( 25- 45 yaş )

  • Təcrübə: Mövcud sahədə 1 ildən çox təcrübə;

  • Dil bilikləri: Azərbaycan dili, rus dili orta səviyyədə;

  • Rəhbərliyin tapşırığını vaxtında icra edə bilməli;

  • Vergi Məcəlləsi, müvafiq normativ-hüquqi sənədlər;

  • 1C 8.3, MS Office, xüsusilə Excell;

  • Məsuliyyətli, dəqiq və peşakar;

İşin təsviri:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və uçot registrlərində düzgün əks etdirilməsinə nəzarət etmək.

  • Mühasibat uçotu standartlarına, normativ tələblərə və vergi qanunvericiliyinə uyğunluğuna nəzarət etmək.

  • Mühasibat uçotu siyasətini hazırlamaq və tətbiqinə rəhbərlik etmək.

  • Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması və təqdim edilməsi, hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması, zəruri hallarda vergi orqanlarında təmsilçilik.

  • Vergi planlaması və beynəlxalq əməliyyatlarla bağlı vergitutma məsələləri üzrə işləmə bacarığı.

  • Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət.

  • Vergi qanunvericiliyində baş verən dəyişikliklərdən xəbərdar olmaq və vergi öhdəliklərini minimuma endirmək, vergi strukturunu optimallaşdırmaq üçün strategiyalar tətbiq etmək.

  • Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək.

  • Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası.

  • Xarici və daxili hesabatların təqdim edilmə müddətlərini effektiv şəkildə idarə etmək, bütün normativ və maliyyə hesabatı tələblərinə riayət olunmasına nəzarət etmək.

  • Mühasibat uçotu, qeydiyyat, dövr sonu bağlanış proseslərini təşkil və nəzarət etmək, sənədlərin saxlanması üzrə tələblərə uyğunluğu təmin etmək.

  • Debitor və kreditor borclarına nəzarət və mütəmadi üzləşdirmələrin aparılmasına nəzarət etmək.

  • Pul vəsaitlərinin hərəkətinə nəzarət etmək, banklarla münasibətləri idarə etmək və müəssisənin işlək kapitalını optimallaşdırmaq.

  • Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər qiymətlilərin dövri və tələb olunan müddətlərdə inventarizasiyasını təşkil və ona nəzarət etmək, nəticələrinin rəsmiləşdirilməsini təmin etmək.

  • Daxili maliyyə nəzarəti və şirkət prosedurlarına uyğunluğun təmin edilməsi.

  • Banklarla, auditorlarla və vergi orqanları ilə münasibətləri qoruyub saxlamaq, əməliyyatların fasiləsizliyi və aydın kommunikasiyanı təmin etmək.

  • Vergi yoxlamaları və audit prosesləri üçün tələb olunan məlumatları təqdim etmək, auditorlarla əməkdaşlıq etmək və vergi tələblərinə uyğunluğu təmin etmək.

  • Mühasibatlıq şöbəsinin iş bölgüsünə və təlimatlandırılmasına dəstək göstərmək, əməkdaşların fəaliyyətinə nəzarət etmək.

  • Mühasibatlıq əməliyyatlarının ERP sisteminə düzgün işlənməsini təmin etmək və sistem üzrə inkişaflara dəstək olmaq.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən şəkilli "CV"-nizi mövzu yerinə Mühasibyazaraq qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Əlaqə: +994-70-498-85-65

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8006

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə