Mühasib – (İstehsalat müəssisəsi – Sumqayıt)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 19 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Debitor və kreditor borcları üzrə gündəlik hesabatların hazırlanması;
Satış göstəriciləri və pul vəsaitlərinin hərəkəti üzrə hesabatların tərtib edilməsi;
Qarşılıqlı hesablaşmaların yoxlanılması və üzləşmələrin aparılması;
Aylıq və illik istehsal göstəricilərinə dair statistik hesabatların hazırlanması;
1C proqramında əməliyyatların icrası (alış, satış, bank, ƏDV depozit hesabı, idxal-ixrac, istehsal əməliyyatları);
Excel proqramında məlumatların işlənməsi və analitik cədvəllərin hazırlanması;
Kassa əməliyyatlarının aparılması və nəzarəti;
Elektron vergi portalı vasitəsilə e-qaimələrin göndərilməsi;
Hesab-fakturaların hazırlanması və uçotu;
Məhsul üzrə maya dəyərinin hesablanması.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil (Maliyyə, Mühasibatlıq);
İstehsalat sahəsində minimum 1-2 il iş təcrübəsi;
Excel-də mükəmməl işləmə bacarığı;
1C ERP proqramında işləmək bacarığı;
İngilis dili üstünlükdür, rus dili arzuolunandır;
İş şəraiti
İş rejimi: 5/7, 08:00–17:00;
Nahar əvəzi əlavə ödəniş;
Servis ximdəti mövcuddur;
Əmək haqqı: müsahibə zamanı namizədin bilik və bacarığına uyğun;
Mövzu yerinə “Mühasib” yazaraq CV-ni qeyd olunan elektron poçt adresinə göndərə bilərsiniz.
Necə Müraciət Etmək Olar
Glassica
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9301
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə