Mühasib (inşaat şirkəti)
Bakı
Tam Ştat
Orta Səviyyə
2.500 - 4.000 AZN
Yerləşdirilib 14 dekabr 2025
Son Tarix: 12 yanvar 2026
Təsvir
İş şəraiti**:**
Şəhər: Bakı
İş yeri: Hökməli qəsəbəsi, Aşağı Güzdək yolu – “Oksigen Park” yaşayış kompleksi layihəsi
Tələblər
Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat üzrə)
Tikinti sektorunda minimum 5 il mühasibatlıq təcrübəsi
Tikinti smetası, BOQ, material uçotu və sahə üzrə xərclərin işlənməsi təcrübəsi
Elektron qaimə-faktura, vergi portalı və 1C / Logo / SAP mühasibat proqramlarından biri ilə işləmə bacarığı
Tikinti materiallarının (beton, armatur, blok, izolyasiya və s.) uçotu və maya dəyərinin hesablama prinsiplərini bilmək
Podratçı və subpodratçıların aylıq aktlaşdırma sənədlərini (KС-2, KС-3 və s. ekvivalent) hazırlamaq bacarığı
Detallara diqqətli olmaq, analitik düşünmək və hesabatları vaxtında təqdim etmək bacarığı
Şirkətin daxili maliyyə qaydalarına ciddi əməl etmək
İş haqqında məlumat:
“Oksigen Park” MTK-nın Hökməli qəsəbəsi Aşağı Güzdək yolu ərazisində yerləşən 5 hektarlıq yaşayış kompleksi layihəsi üzrə mühasibat proseslərinin idarə edilməsi
Tikinti materiallarının və görülən işlərin gündəlik uçotu
Podratçı və subpodratçılarla hesablaşmaların aparılması
Aylıq maliyyə hesabatlarının hazırlanması (material sərfi, xərc analizi, aktlaşdırma sənədləri)
Tikinti xərclərinin büdcə ilə müqayisəsi və monitorinqi
Elektron qaimə-fakturaların tərtibi və vergi əməliyyatlarının icrası
Şirkət rəhbərliyi üçün maliyyə və xərclər üzrə mütəmadi hesabatların təqdim edilməsi
Maaş: 2500-4000 azn
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Oksigen Park MTK
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2781
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə