Mühasib (Gəncə şəhəri)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 18 iyun 2026

Təsvir

Gəncə Sənaye partlayıcı maddərin istehsalı zavoduna Mühasib vəzifəsinə vakansiya elan edilir:

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu ilə bağlı əməliyyatlar;

  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;

  • E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;

  • Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;

  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;

  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;

  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;

  • Audit və yoxlamalar zamanı müvafiq sənədləri təqdim etmək və prosesə dəstək olmaq.

Namizədə dair tələblər:

  • Ali təhsilli olmalı (Maliyyə və iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir) ;

  • Göstərilən sahə üzrə min. 3 il iş təcrübəsi;

  • MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı;

  • Excel və mühasibat proqramları ilə işləmə bacarığı.

  • Vergi Məcəlləsini bilməli;

  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;

  • Peşəkar mühasib sertifikatı olmalı;

  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;

  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;

İş yeri: Gəncə şəhəri;

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16743

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə