Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Mühasibat

Mühasib (AR/AP və Ümumi Mühasibatlıq)

Mühasib (AR/AP və Ümumi Mühasibatlıq)

Bakı,, Bakı,, Xətai, r.,, Xocalı, pr., 37,, "Dəmirçi, Plaza", 25-ci, mərtəbə

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 aprel 2026

Son Tarix: 15 may 2026

Təsvir

Midea Qafqaz böyüyən maliyyə komandasına qoşulacaq, detallara qarşı diqqətli və
təşəbbüskar Mühasib axtarır. Bu rol debitor borclar (AR) sahəsində güclü bazası olan və ümumi mühasibatlıq sahəsində karyerasını inkişaf etdirmək istəyən namizədlər üçün idealdır.

Əsas Öhdəliklər:

  • Əməliyyatların idarə edilməsi: Gündəlik maliyyə əməliyyatlarının 1C (8.3) ERP sistemində və e-taxes.gov.az portalında (e-qaimələrin və bəyannamələrin tərtibi daxil olmaqla) qeydiyyatı və izlənilməsi.

  • Ödənişlərin icrası: Ödəniş tapşırıqlarının hazırlanması və bank çıxarışlarının Baş mühasibatlıq (GL) hesabları ilə üzləşdirilməsi.

  • AR/AP Nəzarəti: Qalıqların izlənilməsi, vaxtı keçmiş ödənişlərin təqibi, debitor və kreditor borcların üzləşdirilməsi.

  • Sənədləşmə: Ödəniş prosesləri üçün tədarükçülərdən ilkin sənədlərin toplanması; bütün maliyyə sənədlərinin mütəşəkkil və dəqiq saxlanılmasının təmini.

  • Müştəri Sənədləri: Hər satış üzrə müştəri hesab-fakturalarının və köməkçi sənədlərin hazırlanması. Tələb olunub-olunmamasından asılı olmayaraq, sənədlərin çap versiyalarının (hard copies) operativ şəkildə müştəri ünvanına çatdırılmasının təmini.

  • Hesabatlılıq və Uyğunluq: Sorğu əsasında Üzləşmə Aktlarının hazırlanması və təqdim edilməsi; ayın və ilin bağlanışı proseslərinə dəstək.

  • Cari (Ad-hoc) tapşırıqlar: Baş mühasib və Audit mütəxəssisləri tərəfindən verilən əlavə maliyyə tapşırıqlarının icrası.

Namizədə dair tələblər:

  • Təhsil: Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsil (Bakalavr).

  • Proqram bilikləri: 1C (8.3) və e-taxes.gov.az portalında sərbəst işləmək bacarığı mütləqdir.

  • Dil bilikləri:
    o Azərbaycan dili: Sərbəst/Ana dili (Mütləq).
    o Rus və ya İngilis dili: Ən azı birini peşəkar səviyyədə bilmək (Mütləq).
    o İngilis dili üzrə mühasibatlıq terminologiyasını bilmək üstünlükdür.

  • Təcrübə: Mühasib və ya Kiçik mühasib (Junior) vəzifəsində oxşar iş təcrübəsi arzuolunandır.

  • Səriştələr: Yüksək analitik düşüncə, detallara diqqət və fiziki sənəd dövriyyəsini idarə etmək bacarığı.

Biz nə təklif edirik?
Əmək haqqı: Rəqabətədavamlı, namizədin təcrübə və ixtisasına uyğun olaraq.
Tibbi sığorta Sağlamlıq sığortası.
Karyera imkanları: Dinamik mühitdə peşəkar inkişaf imkanları.
Müasir və peşəkar iş mədəniyyəti.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12950

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

HoReCa və Korporativ sektor (B2B)

Tam Ştat

Midea Caucasus 2007-ci ildən etibarən Qafqaz regionunda fəaliyyət göstərən və Azərbaycan bazarında bina texnologiyaları məhsullarının geniş yayılmasını təmin edən Midea brendinin rəsmi nümayəndəsidir. Midea Caucasus ekoloji cəhətdən təmiz və enerji səmərəli texnologiyaların inteqrasiyasına yönəlib və regionda elektrotexniki məhsulların aparıcı istehsalçılarından biridir. Bakıdakı yerli ofis (MİCA MMC) 2023-cü ildə təsis edilib və Midea brendinin B2B satışlarını həyata keçirməklə yanaşı, tərəfdaşlara sadiq satış sonrası xidmət, zəmanət xidməti və layihə məsləhətçiliyi sahələrində dəstək verir. Midea bina texnologiyalarına daxildir: HVAC sistemləri (İstilik, havalandırma, kondisionerlər); Liftlər və eskalatorlar; Enerji idarəetmə sistemləri; Ağıllı ev və ağıllı işıqlandırma; Ağıllı qapı kilidləri. İşin Təsviri: Biz komandamıza sadəcə satış təmsilçisi deyil, yerli bazarı mükəmməl tanıyan, geniş biznes əlaqələrinə malik və nəticəyə yönümlü bir peşəkar axtarırıq. Əsas hədəf kütləmiz restoranlar, otellər, iri ticarət mərkəzləri və istehsalat sahələridir. Vəzifə Öhdəlikləri: Yeni korporativ müştərilərin (B2B) tapılması və mövcud portfelin genişləndirilməsi; Potensial tərəfdaşlarla görüşlərin təşkil edilməsi və kommersiya təkliflərinin hazırlanması; Satış planlarının vaxtında və effektiv icrası; Bazarın analizi və rəqiblərin fəaliyyətinin izlənilməsi. Şirkətimizin Gözləntiləri: Geniş Network (Əlaqələr): Ticarət mərkəzləri, ofis binaları, istehsalat müəssisələri və HoReCa sektorunun qərarverici şəxsləri (sahibkarlar, satınalma menecerləri) ilə şəxsi tanışlıq və birbaşa çıxış imkanı; Sahə Təcrübəsi: HoReCa (qida, içki, avadanlıq və ya xidmət) sahəsində B2B satış üzrə minimum 3-5 il uğurlu iş təcrübəsi; Satış Bacarığı: Soyuq zənglər, effektiv təqdimatların keçirilməsi, etirazlarla iş və müqavilələrin bağlanması mərhələsinə qədər bütün satış dövrünü idarə etmək; Dil bilikləri: Azərbaycan dili (mütləq); Rus və ya İngilis dillərindən ən azı birini peşəkar səviyyədə bilmək (mütləq). Biz nə təklif edirik? Rəqabətədavamlı sabit maaş + Performansa əsaslanan Yüksək KPI (Bonus sistemi) Könüllü tibbi sığorta (Sağlamlıq sığortası); Karyera yüksəlişi perspektivi. Peşəkar və dinamik iş mühiti; Описание работы: Мы ищем в нашу команду не просто торгового представителя, а профессионала, который отлично знает местный рынок, обладает широкой сетью деловых контактов и ориентирован на результат. Наша основная целевая аудитория — рестораны, отели, крупные торговые центры и производственные предприятия. Обязанности: Поиск новых корпоративных клиентов (B2B) и расширение существующего клиентского портфеля; Организация встреч с потенциальными партнёрами и подготовка коммерческих предложений; Своевременное и эффективное выполнение планов продаж; Анализ рынка и мониторинг деятельности конкурентов. Наши ожидания от кандидата: Широкая сеть контактов: Личные связи и прямой доступ к лицам, принимающим решения (владельцы бизнеса, менеджеры по закупкам) в торговых центрах, офисных зданиях, производственных предприятиях и в секторе HoReCa. Опыт работы: Минимум 3–5 лет успешного опыта B2B-продаж в сфере HoReCa (продукты питания, напитки, оборудование или услуги). Навыки продаж: Умение работать с холодными звонками, проводить эффективные презентации, работать с возражениями и управлять всем циклом продаж до этапа заключения договора. Знание языков: Азербайджанский язык — обязательно; Русский или английский язык — как минимум один на профессиональном уровне (обязательно). Что мы предлагаем: Конкурентоспособная фиксированная заработная плата + высокий KPI (бонусная система на основе результатов); Добровольное медицинское страхование; Перспективы карьерного роста; Профессиональная и динамичная рабочая среда.

Bakı,, Bakı,, Xətai, r.,, Xocalı, pr., 37,, "Dəmirçi, Plaza", 25-ci, mərtəbə