Mühasib/ Accountant
Tam Ştat
Orta Səviyyə
1.800 AZN-dən
Yerləşdirilib 18 mart 2026
Son Tarix: 17 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri
Müəssisədə həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu standartlarına və qüvvədə olan qanunvericiliyə uyğun olaraq uçotunun aparılması;
İlkin mühasibat sənədlərinin (müqavilə, hesab-faktura, qaimə, təhvil-təslim aktları və s.) qəbul edilməsi, yoxlanılması və sistemə daxil edilməsi;
Alış və satış əməliyyatlarının mühasibat proqramında düzgün əks etdirilməsi;
Elektron qaimə-faktura, e-faktura və digər elektron vergi portalı əməliyyatlarının icrası;
Debitor və kreditor borcların uçotunun aparılması, qarşılıqlı hesablaşmaların yoxlanılması və üzləşmə aktlarının hazırlanması;
Bank və kassa əməliyyatlarının həyata keçirilməsi, ödəniş tapşırıqlarının hazırlanması və gündəlik bank əməliyyatlarının uçotunun aparılması;
Əsas vəsaitlərin uçotu (alınması, istismara verilməsi, amortizasiyanın hesablanması və balansdan silinməsi);
Mal-material ehtiyatlarının uçotunun aparılması, anbar hərəkətlərinə və inventarizasiya prosesinə nəzarət;
Əmək haqqı, məzuniyyət, ezamiyyə və son haqq-hesab ödənişlərinin hesablanması və uçotunun aparılması;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı və Kapitalda dəyişikliklər hesabatı);
Vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, əmlak vergisi və s.), DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyəti dövlət orqanlarına vaxtında təqdim edilməsi;
Mühasibat uçotu üzrə normativ-hüquqi aktların izlənilməsi və tətbiqi;
Audit və vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi;
Müəssisənin maliyyə göstəricilərinin izlənilməsi və rəhbərliyə operativ məlumatların təqdim edilməsi;
Vergi risklərinin qiymətləndirilməsi və mühasibat proseslərinin optimallaşdırılması üzrə təkliflərin verilməsi.
Tələblər
Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu qanunvericiliyi üzrə biliklər;
1C və ya digər ERP mühasibat proqramlarında işləmək bacarığı;
MS Excel proqramında sərbəst işləmək bacarığı;
Elektron vergi sistemləri və dövlət portalları ilə işləmək bacarığı;
PMS və ya digər müvafiq sertifikatların olması üstünlükdür;
Analitik düşünmə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik;
Komanda ilə işləmək bacarığı;
İş şəraiti
İş qrafiki: 5 günlük iş həftəsi (08:30 – 17:30)
Rəsmi əmək müqaviləsi
Stabil və uzunmüddətli iş imkanı
Əmək haqqı - 1800-2000 azn
İş yeri: Hyatt Regency, Izmir kücəsi.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Master Blend
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11531
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə