Mühasib
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 18 fevral 2026
Son Tarix: 17 mart 2026
Təsvir
Firma adı - "İntex Audit and Consulting" MMC
Tələblər
Müvafiq sahədə ali təhsil diplomu
Minimum 2 il mühasib təcrübəsi olmalı (Consulting firmalarda olması arzuolunandır);
Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, müxabirləşmələr etməyi, dövriyyə saldo cədvəllərini oxumağı bilməli;
1C 8.3 mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
Fikrini aydın izah etmək, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
Vəzifələr:
Sənədlərin (e-qaimə, bank əməliyyatlarının, əmək haqqı cədvəlinin və s.) 1C 8.3 proqramına işlənməsi;
Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
Vergi və mühasibat uçotunu aparmaq;
Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
Debitor və kreditor hesablaşmaları aparmaq;
Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödənmək;
Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
Gündəlik və aylıq hesabatları tərtib etmək;
Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika, Mənfəət vergisi hesabatlarını hazırlamaq və aidiyyəti orqanlara vaxtında təqdim etmək.
Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
Məxfilik prinsiplərini pozmamaq.
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;;
Bizim təklif etdiklərimiz:
Mehriban, dinamik və daim köməyə hazır komanda;
5 günlük iş rejimi (09:00 - 18:00);
Korporativ nömrə və danışıq balansı;
Şəxsi və peşəkar inkişaf;
Ofisin mərkəzdə yerləşməsi;
Əmək haqqı: 1000 AZN (artan).
Uyğun namizədlər CV-lərini “Mühasib” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Intex Audit
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9066
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə